Rusiya iqtisadiyyatı sanksiyalara görə ildə 40 milyard dollaradək itki verir. Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov deyib. Nazir neftin ucuzlaşması nəticəsində itkilərin 100 mlrd dollara çata biləcəyini bildirib.
Anton Siluanovun dəyərləndirməsinə əsasən neftin 30 faizədək ucuzlaşması 90-100 milyard dollar həcmində itkilərə səbəb ola bilər.
Nazir ölkəyə kapital axınının azaldığını da qeyd edib. Onun sözlərinə görə, 2014-cü ildə Rusiyadan kapital axını 130 mlrd dollar təşkil edib.
Nazir bildirib ki, ilin əvvəlindən neftin 30 faiz ucuzlaşması ilə yanaşı rubl da 30 faiz zəifləyib. Onun sözlərinə görə, rublun bundaan sonrakı məzənnəsi də neftin qiymətindən asılı olacaq.