“Gürcüstanın sürətlə ixrac potensialını genişləndirməsi diqqət çəkməyə bilməz. Təkcə son 2 ildə Rusiyaya ixracını 6 dəfə artırması ayrıca maraq doğurur. 2005-2013-cü illərdə Gürcüstanın ümumi ixracı 5 dəfə artaraq 3 milyard dollara çatıb. İlk baxışdan bu rəqəm heç nə deməyə bilər. Amma müqayisə üçün deyim ki, Azərbaycanın neftsiz-qazsız ixracı təxminən 1.7 milyard dollardır. Cənubi Qafqazın başqa bir ölkəsi olan Ermənistanınkı isə 1.4 milyard dollar. Deməli, neft-qaz ixracını nəzərə almasaq, Azərbaycanın bütün ixracı üstəgəl Ermənistanın ixracı Gürcüstanın göstəricilərinə bərabərdir”.
Bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev “Facebook” hesabında yazıb.
“Gürcüstanın sürətlə ixrac potensialını genişləndirməsi diqqət çəkməyə bilməz.
Təkcə son 2 ildə Rusiyaya ixracını 6 dəfə artırması ayrıca maraq doğurur. 2005-2013-cü illərdə Gürcüstanın ümumi ixracı 5 dəfə artraq 3 milyard dollara çatıb. İlk baxışdan bu rəqəm heç nə deməyə bilər. Amma müqayisə üçün deyim ki, Azərbaycanın neftsiz-qazsız ixracı təxminən 1.7 milyard dollardır. Cənubu Qafqazın başqa bir ölkəsi olan Ermənistanınkı isə 1.4 milyard dollar. Deməli, neft-qaz ixracını nəzərə almasaq, Azərbaycanın bütün ixracı + Ermənistsnın ixracı = Gürcüstanın ixracı
İxracın artım dinamikası və ixracın diversifikasiya səviyyəsi istənilən ölkənin rəqabət qabiliyyətli məhsul istehsalı baxımından potensialını qiymətləndirmək üçün son dərəcə vacib göstəricidi. Məlumat üçün bunu da deyim ki, 2005-2013-cü illərdə Gürcüstanın ümumi ixracı 5 dəfə artdığı halda Azərbaycanın qeyri-neft ixracı cəmi 50% artım.
Bu gün Doing Business 2015 hesabatında xarici ticarətin aparılması ilə bağlı parametr üzrə Cənubi Qafqaz ölkələrinin vəziyyətinə baxanda yuxarıdakı mənzərəyə təəccüblənmədim. Deməli, Dünya Bankının apardığı tədqiqata görə, “xarici ticarətin aparılmasının asanlığı” parametri üzrə Azərbaycan 166-cı, Ermənistan 110-cu, Gürcüstan 33-cü yerdə qərarlaşıb. İxracda qeydiyyat üzrə tələb olunan sənədlərin sayı Azərbaycanda 9, Ermənistan 5, Gürcüstan 4.
İxtiyari malın ixracı üçün tələb olunan günlərin sayı Azərbaycanda 27, Ermənistanda 16, Gürcüstanda 9 gün təşkil edir .
İxtiyari malın qablaşıdırıldığı standart tara üçün rəsmi ixracı ödənişlərinin məbləği orta hesabla Azərbaycanda 3.5 dollar, Ermənistanda 1.9 dollar, Gürcüstanda 1.3 dollar təşkil edir”.