Və yaxud Nepotizmin qurbanı olmuş ölkə
Vahid Məhərrəmov,
Kənd təsərrüfatı mütəxəssisi
Son zamanlar beynəlxalq aləmdə ərzaq təhlükəsizliyi önə çəkilir və bu məsələlərə xüsusi əhəmiyyət verilir. Dünya ölkələri ərzaq təhlükəsizliyini özlərinin milli təhlükəsizliyinin ən mühüm tərkib hissəsi kimi qəbul edirlər. Ərzaq təhlükəsizliyinin təminatı deyəndə ölkənin ərzaq mallarına, qida məhsullarına, içməli suya olan təlabatınıdaxili istehsal hesabına tam həcmdə, keyfiyyətli, davamlı, hamı üçün əlçatan olmaq şərti iləödəməsi vəəlavə olaraq 20 faizdə ehtiyat kimi saxlanması nəzərdə tutulur. Bəzi halda bu şərtlərin təhrif olunduğunun şahidi oluruq. Bəzi məmurlar və mütəxəssislər ərzaq təminatın 80 faiz ödənilməsini və 20 faiz ehtiyatın yaranmasını ərzaq təhlükəsizliyinin tam təminatı kimitəqdim etməyə çalışırlar. Ancaq beynəlxalq təcrübələr göstərir ki, qlobql iqlim dəyişməsi nəticəsində bəzi illərdə hava şəraitinin kəskin şəkildə dəyişməsi aqrar sahəni ətraf mühitin zərərli təsirinə məruz qoyur, nəticədə bu sahədə məhsuldarlığın aşağı düşməsinə və adambaşına qida məhsullarının azalmasına səbəb olur. Ona görə dəmütəxəssislər hesab edir ki, yaranmış əlverişli şərait nəticəsində əhalinin tam qida təminatını ödəməklə yanaşı, hər ehtimala qarşı 20 faiz ehtiyat fondun yaranması ölkənin ərzaq təhlükəsizliyini daha güvənli edir.
Əksər inkişaf etmiş ölkələr strateji əhəmiyyət kəsb edən bu vacib məsələnin həllində xeyli işlər görə bilmişlər. Belə ki, kənd təsərrüfatı məhsulu istehsalının, emalının, loqistikasının, satışının yüksək səviyyədə təşkilinə nail olaraq bu sahədə davamlı stabil inkişafın əsasını qoya bilmişlər.
Son zamanlar ərzaq təhlükəsizliyi məsələsi postsovet dövlətlərinin də diqqət mərkəzindədir. Müstəqillik əldə etmiş bu ölkələr özlərinin ərzaq və qida məhsullarına olan təlabatlarının xaricdən aslılığını azaltmaq məqsədilə aqrar sahədə islahatlar aparmış, müstəqil aqrar siyasəti müəyyənləşdirərək, istehsal münasibətlərinin yenidən qurulması üçün yeni qanun və qaydalar qəbul etmişlər. Cari, orta və uzunmüddətli dövrlər üçün proqramlarqəbul etməklə bir sıra istiqamətlərdə irəlləyişlərə nail olmuşlar. İstehsal etdiyimiz ət təlabatımızın cəmi 38 faizini təmin edir.
Tacikistandan irəlidəyik!
MDB ölkələrinin bəzisi ərzaq və qida məhsullarına olan təlabatlarının əsas hissəsini daxili istehsal hesabınaödəyə bilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatın(ÜST) müəyyən etdiyi qida normasına uyğun olaraqadambaşına ət norması il ərzində 84 kiloqram olduğu halda Belarusiya 124 kiloqram ət və ət məhsulları istehsal etməklə MDB-də liderdir, normadan aşağı olsa da ikinci yerdə 60 kiloqramla Rusiya, üçüncü yeri adambaşına 55 kiloqram ət istehsal etməklə Qazaxıstan tutur. Azərbaycan il ərzində adambaşına 32 kiloqram ət istehsal etməklə bu siyahıda axırdan ikinci yerdədir. Sonuncu yerdə isə Tacikistandır.Azərbaycan Dövlət Statistika Komitəsinin saytında, beynəlxalq müqayisələr bölümündə Ermənistanın 2013 cü ildə istehsalı etdiyi ət və ət məhsulları haqdaməlumat verilməyib. Azərbaycanın 2013-cü ildə istehsal etdiyi ət və ət məhsulları təlabatın 38 faizini təmin edir.
Azərbaycanda adambaşına ət istehlakı normadan 2 dəfədən də çox aşağıdır. Qeyd etmək istərdim ki, bəzi MDB dövlətləri daxili istehsal hesabına özlərinin əsas ərzaq və qida məhsullarına olan təlabatlarını ödəyə bilmədikləri halda əhalinin alıcılıq qabiliyyətini artırmaq hesabına beynəlxalq normaya uyğun şəkildə əhalinin qidalanmasını təmin edirlər. Belə ki, yuxarıda qeyd olunduğu kimiRusiyada daxili istehsal hesabına adambaşına 60 kiloqram ət istehsal olunsa da xaricdən idxl olunan ət və ət məhsullarının hesabına bu göstərici 74 kiloqrama qədər artıraraqnormaya yaxınlaşdırıblar. Azərbaycanda isə bu göstərici normadan 2 dəfədən də çox aşağıdır. Belə ki, 2013 –cü ildə ölkədə adambaşına 33, 8 kiloqram ət və ət məhsulları istehlak olunub.Bu da müəyyən edilmiş normanın 40 faizi qədərdir.
Onu da xatırlatmaq istərdim ki, 2013 –cü ilin oktyabr ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hazırladığı hesabatda Azərbaycanla bağlı məsələlərə geniş yer ayrılıb. Həmin hesabatda Azərbaycan əhalisinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli aşağı miqdarda ərzaq və qida məhsulları istehlak etdiyi, xüsusən, yüksək kalorili məhsulların istehlakı müəyyən olunmuş normadan xeyli aşağı olduğu vurğulanır: “Ət və ət məhsulları istehlakının adambaşına illik norması 84 kiloqramdır. Reallıqda isə ölkə əhalisi adambaşına ildə cəmi 33 kiloqram ət istehlak edir”.
Azərbaycanın süd istehsalıtəlabatın 53 faizini təmin edir.
MDB ölkələri arasında yeganə ölkə olaraq Belarusiya süd və süd məhsullarına olan ehtiyacını tam ödəməklə yanaşı təxminən bir o qədər də məhsul ixrac edir. MDB ölkələri sırasında adambaşına 703 kiloqram süd istehsal edərək Belarusiya birinci yerdə, Kazaxıstan 287 kiloqramla ikinci, Ukrayna 253 kiloqramla üçüncü yerdədir. Azərbaycan adambaşına süd istehsalına görə Tacikistan və Moldovadan irəlidə olsada Ermənistandan və digər MDB ölkələrindən geridə qalır. Bu göstərici Azərbaycan üzrə 193 kiloqram, Ermənistan üzrə isə 208 kiloqram təşkil edir. İstehsal olunan süd və süd məhsulları ölkə əhalisinin təlabatının yalnız 53 faizini təmin edir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hesabatında Azərbaycanda adambaşına süd və süd məhsullarının istehlkınin aşağı olduğu qeyd olunur: ” Süd və süd məhsullarının istehlakı norması adambaşına 360 kiloqram müəyyən olunsa da, il ərzində 248 kiloqram istehlak edilir”.
İstehsal çox, idxal çox, ixrac yox, istehlak az- belə olurmu?
Taxılçılıq bitkiçiliyin mühüm və vacib sahəsi olaraq qalmaqdadır. Bu sahənin inkişafı əhalinin çörək və un məmularlarına olan ehtiyacını ödəməklə yanaşı yüksək kalorili heyvandarlıq məhsullarına olan təlabatın da ödənilməsində əhəmiyyətli rol oynayır. Belə ki, heyvanların sağlam yetişməsində, ət, süd, yumurta istehsalında, əldə olunan məhsulun keyfiyyətli olmasında heyvanların qida rasionunda qüvvəli yem kimi istifadə olunan taxıl məhsullarının əvəzsiz rolu var.
Son zamanlar MDB ölkələrində də taxıl istehsalına xüsusi fikir verilir. Keçən il Ukrayna adambaşına 1388 kq.taxıl məhsulu istehsal etməklə Kanada (1800 kq.), Avstraliya (1500 kq.) kimi dünyaliderlərihesab olan ölkələrin göstəricilərinə nisbətən yaxınlaşa bilib. Bununla yanaşı 2013-cü ildə adambaşına Kazaxıstan-1070, Belarusiya-803, Moldova -747, Rusiya-637 kiloqrm taxıl istehsal edib. Azərbaycan keçən il adambaşına 306 kiloqram taxıl istehsalı etməsi ilə bağlı açıqladığı bu rəqəm Ermənistanın (173 kq.) və Tacikistandanin (151 kq.)göstəricilərindən çox fərqli görünsə də Ermənistan həmin ili adambaşına 110 kiloqram taxıl idxal edərək azərbaycandan çox adambaşına süd, yumurta istehsal edib. Azərbaycan 2013-cü ildə admbaşına 170 kiloqram taxıl idxal etməklə yanaşı həm də 37 min 300 ton unlu qənnadı məmulatları, 5 min 919 ton makaron, 32 min ton süd və süd məhsulları, 745 ton ət kolbasası, 5 min 147 ton mal əti, 2min 550 ton quş əti, 133838 baş iribuynuzlu heyvan, 6 milyon 942 baş diri quş, 46 milyon 183 min ədəd quş yumurtası idxal edib. İdxalla bağlı sadalanan statistika faktiki olaraqAzərbaycanın 2013-cü ildə adambaşına 306 kiloqram taxıl istehsal etdiyihaqda məlumatın əsassız, yanlış olduğunu deməyə əsas verir.
Təssüflər olsun ki, Ermənilər bizdən 2 dəfə çox adambaşına kartof istehsal edir.
Postsovet ölkələrində hələ də kartof ikinci çörək hesab edilir. Müstəqillik əldə edən MDB ölkələrinin əksərriyyətində kartof istehsalıgöstəriciləri yüksələn xətt üzrə gedir. Xüsusən Belorusiya, Ukrayna, Qırğızıstan, Rusiya kimi ölkələr istehlak normasından dəfələrlə çox məhsul istehsal edir. Bu qədər məhsul onların istehlak tələbini ödəməklə yanaşı həm də ixraca yönəlir, bu da ölkəyə valyuta gətirir. Adambaşına istehlak norması 124 kiloqram olduğu halda Azərbaycan adambaşına 105 kiloqram kartof istehsal edir. İstehsal olunan məhsulun heç də hamısı istehlaka yönəlmir. Elə bu səbəbdən də keçən il adambaşına kartof istehlakı normanın 51 faizi qədər, yəni 64,2 kiloqram olmuşdu. Təssüflər olsun ki, Ermənistan 2013-cü ildə bizdən 2 dəfə çox, yəni adambaşına 209 kiloqram kartof istehsal edib.
Ermənistan adambaşına 277 kiloqram tərəvəz istehsal edərək MDB –də birinciolub.
Son zamanlar Azərbaycanın istehsal etdiyi tərəvəz və meyvə məhsullarına Rusiya hökumətinin marağının artması nəticəsində bu sahədə çox ciddi ajotaj yaranıb.Rusiya hökumətinin yüksək çinli məmurları ölkəmizə etdikləri səfər zamanı və öz ölkələrində mətbuata verdikləri müsahibələrdə tez-tez ölkəmizin adını vurğulamaqla bu sahədə ticarət əlaqələrimizin yaxşılaşmasını arzu etdiklərini bidirirlər.Ola bilsin ki, Azərbaycan ətrafında yaranan bu ajotaj bəzi adamlarda ölkəmizin həqiqətən də meyvə, tərəvəz ticarətində ciddi oyunçu olduğu assosasiyası yaradıb.Qeyd edim ki,Azərbaycan MDB-də adambaşına ən az tərəvəz istehsal edən ölkələr sırasındadır. Belə ki, 2013 –cü ildə Ermənistan adambaşına 277 kiloqram tərəvəz istehsal edərək MDB –də birinci olub. Sonrakı yerlədə isə Ukrayna-217 kq., Qazaxıstan-190 kq., Belarusiya-172 kq., Qırğızıstan-154 kq. və Tacikistan-152kiloqram adambaşına tərəvəz istehsal edib. Ölkəmiz keçən il adambaşına 131 kiloqram tərəvəz və bostan məhsulları istehsal etdiyi halda, adambaşına 102 kiloqram məhsul istehsal edən Rusiyadan ( istehlak adambaşına 109 kiloqram) fərqli olaraq Azərbaycan əhalisi normadan aşağı, adambaşına 105,2 kiloqram məhsul istehlak edib.
Digər göstəricilərdən fərqli olaraq adambaşına meyvə və giləmeyvə istehsalında ölkəmiz Moldova (117 kq.) və Ermənistandan (107 kq.) sonra MDB ölkələri sırasında 87 kiloqramla üçüncüdür. İllik adambaşına meyvə və giləmeyvə norması 100 kiloqram müəyyən edilsə də 2013-cüildə Azərbaycanda 75,2 kiloqram istehlak olunub.
Apardığımız araşdırmalar Azərbaycanın adambaşına əsas qida məhsulları istehsalında və istehlakında MDB ölkələri sırasında geridə qaldığı, yalnız Tacikistandan irəlidə olduğunu göstərir. Onu da qeyd etməliyəm ki, Tacikistan adambaşına kartof və tərəvəz istehsalında Azərbaycandan irəlidədir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında deyilir: Azərbaycanda ” balıq və balıq məhsulları üzrə norma 20 kiloqram olduğu halda 6,8 kiloqram, yumurta norması 280 ədəd müəyyənləşdiyi halda bunun yarısından da az, yəni 131 ədəd istehlak edilir”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarında həm də Azərbaycanda gün ərzində ərzaq istehlakı səviyyəsinin aşağı olduğu göstərilir: “Azərbaycanda gün ərzində adambaşına orta hesabla 2242 kilokalori düşür. Gürcüstanda bu göstərici 2249, Ukraynada 2727, Belarusda 3007, Qazaxıstanda isə 3095 kilokaloridir”.
Azərbaycan Dövlət Statistika Komitəsinin saytında beynəlxalq müqayisələr bölümündən Ermənistanla bağlı əldə etdimiz rəqəmlər və BMT-nin Gürcüstanla bağlı açıqladığı məlumat Azərbaycanın adambaşına illik və gündəlik qida məhsulları istehlakına görə regionda sonuncu olduğunu deməyə əsas verir.
Bu ilin əvvəlində Oksfam Beynəlxalq Humanitar Təşkilatı Dünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının məlumatları əsasında dünyanın 125 ölkəsinin reytinq cədvəlini hazırlamışdı. Azərbaycan bu reytinqdə 91-ci yeri tutmaqla, keçmiş sovet ölkələri arasında geridə qalmışdı.
Onu da xatırladım ki, bu il Britaniyanın “The Economist Intelligence Unit” araşdırma şirkəti (“Economist” jurnalının analitik bölməsi) dünyanın 109 ölkəsində ərzaq təhlükəsizliyinə dair illik hesabatını açıqlayıb.Azərbaycan 109 ölkə arasında 62-ci yeri tutaraq, Honduras kimi ölkə ilə “qonşuluq” edib.
P. S.Yaradan Azərbaycanlılara bənzəri olmayan coğrafi məkan verib. Bu məkan insan ovcunu xatırladır. Azərbaycanı şimalın, cənubun kəskin, sərt iqlim dəyişikliyindən Böyük və Kiçik Qafqaz sıra dağları qoruyur, Xəzər dənizi Azərbaycanda havanın mülayim keçməsini təmin edir. Yer kürəsində mövcud olan 13 iqlim tipindən 9-u Azərbaycandadır. Yeraltı, yerüstü suları! Yeraltı, yerüstü sərvətləri! Təbiət dünyanın heç bir bölgəsində belə mərhəmətli deyil.
Problem ondadır ki, Nepotizmə yoluxmuş nazirlər bir-birini əvəzləyərək uzun müddətdir ki, aqrar sahəyə rəhbərlik edir. Onlar özləri kimi qeyri-peşəkar qohumlarını, yerlilərini olduqca mürəkkəb olan bu sahənin idarəetmə strukturlarında yerləşdirib himayəçilik etməklə iş bacaranları, peşəkarları kənarda qoyurlar. Təəssüflər olsun ki,hakimiyyət orqanlarında şəxsi etibarlılıq peşəkarlıqdan üstün tutulur, dövlət maraqları şəxsi və qrup maraqlarına qurban verilir. Nəticədə həlli çətin olan ciddi problemlər yaranır.Bundan uduzan isə xalqımız, ölkəmiz olur.