1 sentyabr 2014-cü il üçün DÖvlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi çərçivəsində $105 mlrd 802 mln vəsait daxil olub.
ARDNF-nin məlumatına görə, 1 yanvar – 1 sentyabr 2014-cü ildə AÇG çərçivəsində Neft Fonduna $10 mlrd 770 mln mədaxil olub.
1 iyul 2014-cü il üçün ARDNF-nin aktivləri $37 mlrd 622,4 mln təşkil edib.
Bu gün AÇG-dən mədaxil Neft Fondunun gəlirlərinin 95%-I təşkil edir.
Xatırladaq ki, AÇG çərçivəsində ilk neft Azərbaycan tərəfinə 1999-cu ilin dekabrında verilib. Bu səbəbdən 29 dekabr 1999-cu ildə prezidentin fərmanı ilə DÖvlət Neft Fondu yaradılıb (contact.az).