Bridgestone şirkəti yeni nəsil təkərlərin istehsalına başlayıb. «Airless» (havasız) adlı təkərlərin ağırlığa davamlılığı da artırılıb. Təkərin daxilindəki dəmir tellər ümumi konstruksiyanın möhkəmliyini təmin edir. Məhz bu yenilik sayəsində təkərin daxilinə hava vurulmasına ehtiyac yoxdur. Maraqlıdır ki, yeni nəsil təkərlərin təkrar istifadəsi də mümkündür.
Bundan başqa şirkət buzlu yolda istifadə üçün nəzərdə tutulan yeni təkərlərin də təqdimatını keçirib. Şirkətin daha bir kəşfi isə gələcəkdə yanacaq sərfiyyatını aşağı salacaq təkərlərin istehsalıdır.
azadliq.info