Hindistanda hazırlanan ayaqqabı sahibinə getməli olduğu yolu göstərəcək. 2011-ci ildə hazırlanan ayaqqabıdan hazırda 50 adam istifadə edir. Qırmızı rənqdə olan ayaqqabı sahibinin olduğu yeri və gedəcəyi ünvanı GPS vasitəsilə müəyyənləşdirir. Ayaqqabıdadkı xüsusi cihaz vibrasiya yaradır və bu bununla sahibinə doğru istiqaməti göstərir.
Ayaqqabı Bluetooth və smartfon üçün xüsusi cihaz vasitəsilə idarə edilir. Qiyməti təxminən 100-150 dollardır. Əsas sifarişçilər – istirahət zamanı marşrutu barədə narahatçılıq keçirmək istəməyən turistlərdir. Artıq şirkət 25 min ayaqqabının hazırlanması ilə bağlı sifariş alıb 2015-ci ilin aprel ayına qədər isə 100 mindən artıq ayaqqabının satılması planlaşdırılır.
azadlıq.info