Hindistanlı qəribə insanın əlləri onun başından böyükdür
Səkkiz yaşlı hindli oğlan məktəbə gedə bilmir. Çünki həmyaşıdları onun başından böyük olan əllərindən qorxurlar.
Bəziləri isə onu çirkin adlandırıb döyür. Kalem adlı bu oğlanın əlləri həkimləri də məəttəl qoyub. Onun əlləri böyük, ağır daş parçasını xatırladır. Kalem doğulanda əlləri normal insan əlindən iki dəfə böyük olub. O böyüdükcə isə əlləri daha da nəhəngləşib. O ən kiçik işləri belə görə bilmir. Anası Halima uşaq doğulanda onun əllərinin normal olmadığını hiss elədiklərini ancaq maddi vəziyyətlərinin onu həkimə aparmağa imkan vermədiyini deyir.
azadliq.info