Sosial şəbəkələrdə Amsterdamdan Kuala-Lampura uçan Malayziyaya məxsus “Boinq 777” sərnişin təyyarəsinin Ukrayna səmasında raket qurğusu ilə vurulması anının peykdən çəkilmiş görüntüləri paylaşılıb. Amerika Birləşmiş Ştatlarının müvafiq qurumlarına məxsus görüntülər ciddi rezonansa səbəb olub. Videodan da aydın sezilir ki, sərnişin təyyarəsi raketlə vurulub. Ekspertlər hesab edir ki, atəş separatçıların nəzarətində olduğu ərazilərdən açılıb. Görüntünün ikinci hissəsində raketin atılması aydın şəkildə görünməkdədir.