Tanınmış rusiyalı jurnalist Yevgeni Kiselyovun GQ jurnalıına verdiyi, lakin çap edilmədiyi müsahibəsində ruslarla ukraynalıları fərqləndirən cəhətlərdən danışıb.
Jurnalistin sözlərinə görə, ukraynalılar daha sakit və yumşaq xasiyyətlidir. Onlar həyatda daha çox kompromiss axtarışındadır. Münaqişə etməyə deyil, razılığa gəlməyə meyllidirlər. Moskva çarlığı, İsveç, Litva knyazlığı, tatarlar, türklər, avtsro-macarlar arasında balans saxlayan ölkə olub. Onlarda təhkimçilik hüququ olmayıb. Vəhşi, qanun tanımayan əsarət olmayıb.
Ukrayna həmişə çoxkonfessiyalı olub. Həmişə katolik və yunan-katolik kilsəsinin mövqeyi güclü olub.
Əsas odur ki, çar olmayıb. Yüz illər ərzində Zaporojye kazakları getmanları seçiblər. Kazakları narazı salan getmanı cəzalandıra da bilərdilər. Orda hakimiyyət ilahiləşdirilməyib.
Amansızcasına məhv edilməsinə baxmayaraq yüz illər ərzində formalaşan ziyalı təbəqəsi var. Bu adamlar Ukrayna tarixini sovet kitablarında oxumayıb. Onlar başqa kitablar oxuyub. Xalqın tarixi keçmişi ilə bağlı anlayışları fərqlidir. Belə ənənə daşıyıcıları rusdilli ziyalılar arasında da var.