Həbsdə olan NİDA-çı gənclərin valideynləri aprelin 20-də Müsavat partiyasının qərargahında aclıq aksiyasına başlayıb. Bu barədə “Azadlıq” radiosuna Zaur Qurbanlının anası Səkinə Qurbanlı məlumat verib.
“Bu gün 4 valideyn aclıq aksiyasına başlayırıq. Şahinin anası ilə bibisi, Rəşadətin anası, bir də mən. İndi Zaurla danışdım deyir aclıq aksiyasını davam etdiririk və əhvalımız da yaxşıdır. O biri valideyinləri deyə bilmərəm, mən müddətsiz aclıq edəcəm”.
Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Hərəkat üzvlərinə 6 il yarımdan 8 il yarıma qədər cəza istəyib.
Gənc fəallar etiraz olaraq aprelin 17-dən aclıq aksiyasına başlayıb. həm gənclərin, həm də valideynlərinin tələbi NİDA-çıların dərhal azadlığa buraxılmasıdır.