AXCP sədri Əli Kərimli Facebook səhifəsində Rusiyanın Ermənistana silah almaq məqsədi ilə verdiyi 200 mln dollara hakimiyyət dairələrinin reaksiya verməməsindən yazıb:
İlham Əliyev niyə susur? Bəs Milli Məclisin növbədənkənar toplantısı niyə çağırılmayıb? Xarici işlər naziri Bakıdakı Rusiya səfirini hələ də nazirliyə izahat üçün çağırmayıb? Qarabağın, müstəqilliyimizin “keşikçisi” olan deputatlardan niyə səs çıxmır? Bəs hökumətin mətbuatdakı muzdlu əlaltıları? Heç olmasa onlara vətənpərvər olmağa icazə versinlər. Torpaqlarımızı işğal etmiş düşmən dövlətə Rusiyanın silah almaq üçün əlavə 200 milyon dollar da (indiyə qədər bu məqsədlə Ermənistana milyardlarla dollarlıq yardımlar edib) yardım etməsini beləcə də udacaqsıniz?
Amma bu Rusiya da çox amansızdır. Hamımızı birdən vurdu. Xalqımızı, müxalifətqarışıq, düşmənimizi silahlandırıb gücləndirməklə, hakimiyyəti isə taxdığı “vətənpərvər, Qarabağsevər” maskasını düşürməklə vurdu.