Ölkə iqtisadiyyatı sərt tədbirlərə davam gətirmir
Prezident Ilham Əliyev Bakıda keçirilən Asiya Inkişaf Bankı Rəhbərlər Şurasının 48-ci Illik toplantısında çıxışında qurumla səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib. Manatın vəziyyətindən danışan dövlət başçısı milli valyutamızın gücündən də bəhs edib: “Milli valyutamız çox gücləndiyi üçün devalvasiyaya getməli olduq. 1 manat 1 avroya bərabər oldu və çətin vəziyyətə düşdük. Qonşu ölkələrdə devalvasiya yaşandı və biz də milli valyutanı 35 faiz devalvasiya etməli olduq”.
Iqtisadçı-ekspert Məhəmməd Talıblının qənaətincə, hökumət qurumları ölkə iqtisadiyyatında ixracı stimullaşdırmaq üçün devalvasiya qərarı verib. Ekspertə görə ölkənin ixracat imkanının genişləndirilməsi, xüsusilə də qeyri-neft ixracatının həcminin artırılması bir hədəf olaraq qeyd olunub:
“Həmin müddətdən sonra ölkənin ixracat imkanları artmayıb, xarici ticarət dövriyyəsində izalmalar qeydə alınıb və bu qərar ölkənin biznes qurumlarının gəlirlərinə əhəmiyyətli dərəcədə təsir göstərib. Ölkədə ən azı iqtisadi durğunluq hökm sürür. Islehlak bazarı və daşınmaz əmlak bazarı, istərsə də mal-xidmətlər, bank, maliyyə bazarında vəziyyət oxşardır. Manatın güclü olmasıyla o vaxt razılaşmaq olardı ki, devalvasiyadan sonra ölkə iqtisadiyyatı güclənəydi, iqtisadi canlanma və dinamizm müşahidə olunaydı. Bu sahədə əksinə şərait baş verdi və ölkə qeyri-müəyyənliyə düçar oldu. Milli valyutanın güclü olduğu iqtisadiyyatda bu proses manatın dəyərinin daha da güclənməsinə gətirib çıxarmalıydı. Iqtisadiyyatda sərt tədbirlərə davam gətirməməyimiz devalvasiyadan sonra baş verib. Neft sektorundan kənarda qeyri-neft sektorunun belə kövrək olduğu meydana çıxdı. Hazırkı vəziyyət manatın güclü olması fonunda devalvasiyanın həyata keçirilməsiylə bağlı arqumentləri ciddiyə almır”.
Nigar