Bu gün Nərimanov məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazizisı, birinci qrup əlil Asif Yusiflinin barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəstətə baxılıb. Növbəti dəfə hakim vəstəti təmin etməyib.
Bu dəfə vəsatətin verilməsinə əsas səbəb Asif Yusifliyə qarşı verilmiş ittiham üzrə işdə zərərçəkən kimi tanınan Fəridə Zülfüqarovanın şikayətini geri götürməsi olub. Həmçının iş üzrə həbsdə olan Rafiq adlı şəxslə bir gün öncə Asif Yusiflinin üzləşməsi prosesi keşirilmışdi və Rafiq bu işdə Asifin heç bir günahının olmadığını bildirmişdi.
Bütün bunlara baxmayaraq, məhkəmə Asif Yusifli barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə “əsas” görməyib.
Müdafiə tərəfi bunu Asif Yusifliyə qarşı qərəz, siyasi mövqeyi və fəaliyyətinə görə ondan qisas almaq cəhdi ilə izah edir.