Rusiyadakı iqtisadi böhran ölkədəki yüzlərlə bankın faəliyyətini dayandırmasına səbəb olub. Bir çox bankda isə gəlirlər azaldığından ehtiyat vəsaitlərdən istifadə olunmağa başlanıb. Məsələn, Rusiyanın nəhəng banklarından olan «Sberbank»ın gəlirləri 2014-cü ildə 20 faiz azalıb. «Bloomberg»in yazdığına görə, ölkənin bank sistemindəki vəziyyət 2009-cu ildə olduğundan daha pisdir. Həmin vaxt Rusiya ciddi şəkildə xarici maliyyə qurumlarından asılı idi. Lakin ekspertlər budəfəki böhranın daha uzun çəkəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, ABŞ hökumətinin iqtisadi sanksiyaları zamanı iki bankın səhmlərinə həbs qoyulub. Bu səhmlərin ümumi dəyəri 637 milyon dollardır. Bu ilin əvvəlində isə «Moody's» beynəlxalq reytinq agentliyi Avropa banklarının 6 törəmə strukturunun reytinqini aşağı salıb. Bunlar "Rayffayzenbank", "İNQ Bank Avrasiya", "İntez" bankı, "Rosbank", "DeltaKredit" bankı və "Rusfinans-bank"dır.
Gültəkin