İsrailin baş naziri Netanyahu, seçki günü Israil vətəndaşı olan ərəb seçicilər haqqında işlətdiyi fikirlərə görə üzr istəyib. İsrail mətbuatında yer alan xəbərlərə görə, ölkədə yaşayan azlıqların nümayəndələri ilə bir araya gələn Netanyahu, seçki günü işlətdiyi fikirlərin yanlış olduğunu bildirib: "Bir neçə gün əvvəl söylədiyim fikirlər bəzi İsrail vətəndaşı olan ərəbləri incitdiyini bilirəm. Mənim niyyətim bu deyildi, üzr istəyərəm",-deyə baş nazir bildirib. Xatırladaq ki, İsraildə 27 martda keçirilən seçki zamanı Netanyahu "Sağçı hökumət təhlükədədir. Ərəb seçici sandığa axın edir. Solçu qeyri-hökumət təşkilatları onları avtobuslarla səs verməyə aparır" deyə yəhudilərə müraciət etmişdi.
azadliq.info