AXCP sədri Əli Kərimli partiyanın veteran fəallarından biri Adil Əlizadəni 75 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli Adil bəy! Sizi 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Milli Azadlıq Hərəkatının, AXC-nin veteranı, partiyamızın əqidəsinə sadiq, fədakar üzvü kimi rejimə qarşı mübarizədə hər zaman öndə olmusunuz, buna görə də cəbhədaşlarınızın böyük məhəbbətini qazanmısınız. Fəallığınız, mübarizə əzminiz, demokratik dəyərlərə sədaqətinizlə gənc cəbhəçilərə örnəksiniz. Dərin biliyə malik iqtisadçı pedaqoq kimi dərs dediyiniz təhsil müəssisələrində yüzlərlə savadlı, ixtisasına yüksək dəyər verən tələbə yetişdirmisiniz. Sizin kimi ləyaqətli, alicənab, dönməz əqidəli ziyalılarımızla qürur duyuram.
Sizə möhkəm cansağlığı, uzun ömür, şərəfli mücadilə yolunuzda uğurlar, sevdiklərinizin əhatəsində gözəl günlər arzulayıram. Allah sizi qorusun!”.