BBC yazır ki, Ərdoğanın yeni Türkiyəsi təklənməyə doğru gedir. Türklərin bir sözü var: türkün türkdən başqa heç kimi yoxdur. Ərdoğanın hakimiyyəti dövründə bu ifadə hərfi mənada həqiqət olur.
Ərdoğanın 11 illik baş nazirliyi dövründə Türkiyə Avropa Birliyinə üzv olmaq üçün danışıqlar aparırdı, Türkiyənin müxtəlif ölkələrdə diplomatik təmsilçiliklərinin sayı kəskin artdı, xüsusilə, Afrikada. İstanbul dünyanın ən böyük hava limanlarından birinə çevrildi, heç bir hava limanındandünyanın müxtəlif yerlərinə bu qədər uçuş yoxdur.
Ancaq son 2 ayda nəsə dəyişib. Dünya səviyyəli dövlət xadimləri indiyə kimi bura gəlirlər, ABŞ vitse-prezidenti Joe Biden bu həftə Türkiyəyə gəlir.
Ancaq artıq Türkiyənin dostu qalmayıb.
Keçən ay BMT Baş Məclisində yeni yerlərə səsvermə olanda Türkiyə əmin idi ki, bu yerə məhz Türkiyəseçiləcək, ancaq İspaniya və Yeni Zelandiyaya uduzdu. BBC yazır ki, bu, “Ərdoğanın üzünə şillə oldu.”
BBC yazır ki, bütün bunlar Ərəb Baharından başlandı.Türkiyə düzgün tərəfləri, hədəfləriseçmədi. Türkiyə Müsəlman Qardaşlığını dəstəklədi və Bashar Assadin yıxılmasına oynadı. Hazırda Türkiyənin Misirdə səfiri yoxdur. Çünki indiki prezident Abdula Fattah al-Sisi hakimiyyətə gələndə Ərdoğan onu “seçilməmiş müstəbid”, tiran adlandırmışdı.
Suriya da Türkiyə üçün problemə çevrildi, Türkiyə cihadçıların öz ərazisindən Suriyaya keçməsinə icazə verirdi, bununla da Türkiyənin İraq, İran və Səudiyyə Ərəbistanı ilə münasibətləri korlandı.
Vaxtilə Türkiyənin İsraillə strateji tərəfdaşlığı var idi, Ərdoğan İsrail hakimiyyətinin Qəzzanı bombalamasını Holokosta bənzədərək, öz səfirini Tel-Əvivdən geri çağırdı.
İndi Türkiyənin hətta ABŞ-la münasibətləri korlanıb. Vaşinqton İslam Dövləti yaraqlılarına qarşı koalisiya yaradanda Türkiyə qıraqda dayandı. Türkiyə hətta ABŞ-a özünün İncirlik hərbi bazasından istifadə etməyə icazə vermədi. Ərdoğan istəyirdi ki, ABŞ Bashar Assadin devrilməsini və Suriya üzərində uçuşlardan azad zona yaradılmasını da məqsəd qoysun.
Keçən ay Ərdoğan ABŞ prezidentinə bildirdi ki, ABŞ kürd yaraqlılarını silahlandırmasın. Ancaq bundan bir neçə saat sonra ABŞhavadan kürdlərə silah, sursat yağdırdı.
Bu, aranın dəyməsinin aydın əlaməti idi.
BBC sonda yazır ki, Ərdoğan “yeni Türkiyə” yaratdığını deyir. Başqaları bu Türkiyəyə qütbləşmiş, xoşbəxt olmayan Türkiyə deyir. İstənilən halda , bu Türkiyənin daxildə və xaricdə dostları sürətlə yoxa çıxır.