Yaxud PA rəsmisi Azərbaycanla İsveçi səhv salıb?
“Karl Bildtin keçmişdə ”xüsusi əlaqələri” və iddiaları barədə məlumatlıydıq. Ona görə də deyirdik ki, görün kimlər haqqımızda fikir formalaşdırır. “Aftonbladet” qəzetinin məlumatlarından aydın olur ki, tənqid olunmamaq üçün Bildtlə “xüsusi əlaqələr” qurmaq lazım imiş”. Bu sözləri Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tweetter hesabından Isveçin xarici işlər naziri Karl Bildtlə barədə yazıb.
Qeyd edək ki, Isveçin “Aftonbladet” qəzeti Karl Bildtlə bağlı məqalə dərc edib. Məqalədə Isveçin xarici işlər naziri Saakaşvili hökumətinə lobbiçlik etməkdə ittiham olunur.
Jurnalistlər bunu sübut edəcək sənədlərə malik olduqlarını bildirirlər. Sənədlər Bildtlə əlaqəsi olar PR firmasının Saakaşvilinin Avropada imicini yaxşılaşdırmaq məqsədilə Gürcüstanın keçmiş hakimiyyətindən 3 milyon dollardan çox pul alması ilə bağlıdır.
Isveç XIN rəhbərinin mətbuat xidmətindən isə bildirilib ki, Karl Bildt artıq piarla məşğul olmur, lakin Saakaşvili ilə dostluq əlaqələrini də inkar etmir.
Azərbaycan hakimiyyəti də Novruz Məmmədovun timsalında fürsətdən istifadə edərək Karl Bildtdən qisas alır. Lakin bir məsələ var ki, Isveç Azərbaycan deyil. Əgər Isveçdə hansısa məmur korrupsiya və digər qeyri-qanuni əməllərlə məşğul olursa bunu etiraf edib karyerası ilə vidalaşmaqdan başqa çıxış yolu qalmır. Belə bir fakt olsaydı, təbii ki, Karl Bildtin artıq bunu etiraf edər, Isveç xalqından üzr istəyər və istefa verərdi.
Amma göründüyü kimi Isveç XIN-i bildirib ki, o, piarla məşğul deyil, lakin Saaşkaşvili ilə dostluq əlaqələri var. Göründüyü kimi Karl Bildt hətta şübhələrə əsas vermiş ola bilər, Saakaşvili dostluq əlaqələrini danmayıb.
Bütün bunları Novruz Məmmədov da bilməmiş deyil. Sadəcə yuxarıda qeyd etdiyimiz kimi hətta təsdiqini tapmamış ittihamı da fürsət bilib daim Azərbaycan hakimiyyətini tənqidləri ilə seçilən Karl Bildtdən hayıf çıxmaq istəyir.
Akif