Ağdamın “Qarabağ” futbol klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Hollandiyanın “Tvente” klubunun qonağı olub. Bakıda rəqibi ilə 0:0 bərabərə qalan “Qarabağ” səfərdən 1-1 hesablı bərabərliyə nail olub. Bu hesab “Qarabağ”ın tarixində ilk dəfə olaraq Avroliqanın qrup mərhələsində oynamasına imkan yaradıb.
AXCP sədri Əli Kərimli “Qarabağ” klubunu bu tarixi qələbəsi münasibətilə təbrik edib. O, Facebook səhifəsində yazıb:
“Futbol üzrə Azərbaycan çempionatının qalibi, Ağdamın “Qarabağ” klubu tarixi nailiyyətə imza atıb. Komandamız güclü və təcrübəli rəqibi, Hollandiyanın “Tvente” komandasını üstələyərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Bu tarixi nailiyyət münasibətilə “Qarabağ”ın bütün oyunçularını, məşqçi heyətini və azarkeşlərini, ilk başda isə əlbəttə ki, xalqımızı təbrik edirəm”.