“Qəzetlərin fəaliyyətini müvəqqəti olaraq dayandırsaq da, yenidən çap üçün hər hansı bir yenilik olmadığına görə mətbu orqanların fəaliyyətinin birdəfəlik dayandırılması barədə qərar verdim”. Bunu “Azadlıq”a “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı rəhbərlik etdiyi mətbu orqanların fəaliyyətinin birdəfəlik dayandırılması barədə mətbuatda yayılan xəbərlərə aydınlıq gətirərəkən deyib.
Onun sözlərinə görə, yaxın günlərdə bu barədə ətraflı məlumat yayacaq.
Elçin Şıxlı jurnalistikadan getməyi də düşünür: “Normal fəaliyyət mühiti olmadığına görə jurnalistika ilə məşğul olmağın mənası yoxdur”.