Azərbaycanın əməkdar inşaatçısı, Bakı Baş Tikinti İdarəsinin (“Qlavbakstroy”) keçmiş rəhbəri Emil Axundov vəfat edib. Lent.az-ın məlumatına görə, məşhur inşaatçı vaskulit kimi ağır xəstəlikdən əziyyət çəkirmiş. Bu xəstəlik üzündən onun böyrəkləri funksiyasını itirib, mədə-bağırsaq sistemində güclü qanaxma olub.
O, 4 dəfə ardıcıl əməliyyat olunsa da, vəziyyəti yaxşılaşmayıb və bu səbəbdən həkimlər E.Axundovu medikamentoz koma vəziyyətində saxlamağa qərar veriblərmiş.
Allah rəhmət eləsin!