“The Christian Science Monitor” nəşrinin yazdığına görə, Kremldə Rusiyanın sanksiyalar qarşısında nə edəcəyi ilə bağlı azı iki nəzər nöqtəsi var. Putin birinci konsepsiyaya dəstək verir. Ona əsasən, barışıq ritorikası, Ukraynaya qeyri-aqressiv münasibətin siqnalları və Avropa ölkələri ilə ABŞ-ın iqtisadi maraqları arasında ziddiyyət gələcək sanksiyaların qarşısını alacaq.
Ancaq xarici siyasət üzrə aparıcı məsləhətçilər fərqli fikirdədir. Onlar daha pessimistdir və hesab edirlər ki, ABŞ-la Rusiya arasında ixtilaf Ukrayna hadisələrindən asılı olmayaraq güclənəcək. Belə ki, ABŞ Rusiyanı geosiyasi rəqib kimi sıradan çıxarmaq niyyətindədir. Krımın anneksiyası isə Rusiya-AB münaqişəsinin avlovlanması üçün sadəcə bir qığılcım olub.
Nəşrin yazdığına görə, ABŞ Rusiyada narazılığın artmasına və insanların Putinə qarşı çıxmasına nail olmaq niyyətindədir. Yekun məqsəd – rejimin dəyişməsidir.
azadlıq.info