NİDA hərəkatının həbsdə olan üzvlərinin aclıq edən anaları bu gün aksiyanı dayandırıblar. Bununla bağlı gənclərin valideynləri bir qədər əvvəl brifinq keçiriblər.
Gənclərdən Zaur Qurbanlının anası Səkinə Qurbanova aksiyanı həbsxanadakı övladlarının xahişi ilə və onların məhkəmələrində iştirak edə bilmək üçün dayadırdıqlarını deyib.
Valideynlər onların aksiyasını diqqətdə saxlayan hər kəsə və onlara yer ayıranm Müsavat rəhbərliyinə minnətdarlıq ediblər.
Onlar aksiyanın bu barədə açıqlama verdikləri andan dayandırıldığnı elan ediblər.