“Binə”dəki həbslər dövləti həyasızlıqdır

  • PDF

Font Ölçüsü

Qurban Məmmədov: «Son hadisələr bu rejimin, hakimiyyətin cinayətkarın, mafiozun, korrupisonerin yanında olduğunu göstərdi»

Yanvarın 19-da “Binə” Ticarət Mərkəzində ticarətlə məşğul olans sahibkarların etiraz aksiyası keçirərək yolu bağlaması son günlərin ən çox diqqət çəkən məsələsidir. Xatırladaq ki, sahibkarlar hər bir mağazaya kassa-aparatlarının qoyulmasından sonra da ticarət mərkəzi rəhbərliyinin aylıq kirayə haqqını azaltmamasına etiraz edirlər.
Satıcıların buna kəskin etiraz etməsinə baxmayaraq Ticarət Mərkəzinin rəhbərliyi güzəştə getmək istəməyib. Çarəsiz qalan satıcılar etiraz aksiyası keçirmək məcburiyyətində qalıb və polisin müqaviməti ilə üzləşib. Aksiya iştirakçılarından xeyli adam saxlanılıb və barələrində cinayət işi açılıb. Artıq məhkəmə onların bəziləri barəsində 2 ay müddətinə həbs qərarı çıxarıb.
Sahibkarların hüquqlarının bu şəkildə pozulması, onlardan qanunsuz olaraq əlavə pul toplanması ölkədə hökm sürən qanunsuzluğun bir nümunəsi kimi qələmə verilə bilər.
Ticarət mərkəzində çalışanlardan birinin nümayəndəsi kimi məhkəmə işində iştirak edən hüquqşünas Qurban Məmmədov “Binə”də daha dəhşətli cinayətlərin baş verdiyini deyir. Onun sözlərinə görə, Kəbirə Məmmədova faktiki olaraq dələduzluq əməlinə yol verib.
Vəkilin bildirdiyinə görə, köhnə bazar söküləndə orada ticarətlə məşğul olanlar aldadılıb və onlardan yeni ticarət mərkəzinin tikintisi üçün milyonlarla manat pul yığılıb. Təkcə “Binə”də deyil, “Sədərək”də də eyni vəziyyət olub. Satıcılara yeni ticarət mərkəzi tikiləndən sonra onların mülkiyyətinə veriləcəyi vəd edilib. Lakin sonradan öz pulları ilə tikilən dükanlar onlara icarəyə verilib. Bu qanunsuzluq dövlətin gözü qabağında baş verib.
Vəkil vətəndaşların dəfələrlə müxtəlif orqanlara, məhkəməyə şikayət etdiyini deyir. Lakin qarşı tərəfin pulu və dayağı olduğundan vətəndaşların haqqını bərpa etmək mümkün deyil: “Bu, tərbiyəsizlikdən, özbaşınalıqdan sonra isə satıcılardan yer pulu almağa, əlavə pul toplamağa başladılar. Indi də qanuni qaydada vergiyə cəlb olundular, kassa aparatı qoyuldu. Satıcılar haqlı olaraq tələb edirlər ki, əgər bu bizim özəl müəssisəmizdirsə, dükanları verin bizə, vergimizi də verək. Amma faktiki olaraq nə baş verir. Bazar Kəbirə Məmmədovanın, başqa kiminsə mülkiyyətidir. Orda pul qoyub mülkiyyət tikdirən adamlar icarəçi kimi tanınır. O adamlar hələ yer pulu və vergi verməlidir. Bu çox qeyri-adi özbaşınalıqdı”.
Vəkilin sözlərinə görə, son hadisələr bu rejimin, hakimiyyətin cinayətkarın, mafiozun, korrupisonerin yanında olduğunu göstərdi. Hökumət xalqın hüquqlarını qorumaqla məşğul deyil: “Bu rejim öz qanuni haqqını tələb edən adamlara qarşı rezin güllələrdən istifadə etdi, onları  vəhşicəsinə döydü, əzdi. Bunları susdurmaq dünyanın gözü qabağında baş verən dövləti həyasızlıqdır. Bunun başqa adı yoxdur”.

Fizzə












Yeni Xəbərlər:
Öncəki Xəbərlər:

Oxunub