Füzuli Ələkbərov: “ Qeyri-leqal əmək münasibətləri həyata keçirən işəgötürənlər ciddi cəzalandırılacaq”
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun sədrliyi ilə nazirlikdə “Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi” mövzusunda müşavirə keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Dövlət Sosial Müdafiə Fondunun, Vergilər Nazirliyinin, Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak ediblər.ÿ
Nazir Füzuli Ələkbərov əhalinin məşğulluq imkanlarının artması fonunda qeyri-leqal məşğulluq halları da mövcuddur. Bu gün demək olar ki, bütün ölkələrdə, o cümlədən Avropa ölkələrində qeyri-leqal məşğulluq var.
Nazir deyib ki, problem əsasən tikinti və xidmət sektorunda özünü göstərir.ÿMüşavirədə qeyri-formal məşğulluğun aradan qaldırılması məqsədilə milli qanunvericiliyin təkmilləşdirilməsi, bütün iş yerlərində həmkarlar ittifaqlarının yaradılması zərurəti vurğulanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçilərlə qeyri-leqal əmək münasibətləri həyata keçirən işəgötürənlərə qarşı ciddi inzibati tədbirlərin görüləcəyi bildirilib.