Tanınmış iqtisadçılar əhalini 3 may mitinqində iştiraka səslədi
Milli Şuranın mayın 3-də keçiriləcək “Talana son!” mitinqinə hazırlıqlar davam edir. Cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçilərinin bu aksiyada iştirakı gözlənilir. Ölkənin tanınmış iqtisadçıları da əvvəlki aksiyalarda olduğu kimi, bu mitinqə qə qatılacaqlarını açıqlayıblar. Eyni zamanda, digər vətəndaşlara da mitinqdə iştirakla bağlı çağırış edərək, onları ölkənin sərvətlərinin talanmasına biganə qalmamağa səsləyiblər.
“Xalq hakimiyyətə mesaj verməlidir ki…”
Iqtisadçı ekspert Məhəmməd Talıblı deyir ki, vətəndaşlar təşkil olunmuş dinc aksiyalarda hamılıqla iştirak etməsə, hökumətə islahatlara getməyin labüd olmadığına dair mesaj vermiş olacaq. Onun sözlərinə görə, xalq nəhayət, öz iradəsini ortaya qoymasa, sosial qütbləşmə daha da sürətlənəcək: “Ölkədəki həm siyasi, həm iqtisadi hadisələr kütləvi tədbirlərin daimi şəkildə keçirilməsini labüd edir. Azərbaycanda sərbəst toplaşma azadlığı təkcə beynəlxalq tədbirlərin keçirildiyi vaxtda baş tutmamalıdır. Mən hesab edirəm ki, bu tip tədbirlər ardıcıl olaraq keçirilməli və cəmiyyət baş verən hadisələrə adekvat münasibət bildirməyə sövq edilməlidir. Vətəndaşların kütləvi aksiyalarda iştirakı hökumətin məsuliyyət hissini daha da artırır. Biz görürük ki, hakimiyyət, xüsusilə Avropa Oyunları ərəfəsində səmərəsiz xərclər həyata keçirir. Vətəndaşlar xalqın sərvətlərinin havaya sovrulmasına etiraz etməlidir”.
Məhəmməd Talıblı onu da qeyd edir ki, devalvasiyadan sonra hökumət xalqın yanında olmalı idi, lakin biz fərqli mənzərənin şahidi olduq: “Insanlar devalvasiya nəticəsində 30 faizdən çox maddi ziyana düçar edildi. Hökumət inzibatı yolla qiymət artımının qarşısını qismən almağa çalışsa da, ümumilikdə qiymət artımı baş verdi. Ehtimal olunur ki, növbəti devalvasiya baş verə bilər və bu da vətəndaşlara daha böyük problemlər yaşadar. Xalq etiraz mitinqlərinə qatılmaqla hakimiyyətə mesaj verməlidir ki, ölkədə sosialyönlü siyasət yeritməyə ehtiyac var, investisiya xərclərini bu qədər şişirtməyə lüzum yoxdur. Vətəndaşların hökumətə daha bir mesajı ondan ibarət olmalıdır ki, bu ölkədə yaşamağa, özünü ifadə etməyə, gəlir əldəÿetməyə şərait yaradılmalıdır”.
Ekspert yada salır ki, Avropa Oyunları zamanı yarışa qatılacaq altı min nəfər idmançının xərclərini ödəməyə 200 milyon manata yaxın vəsait sərf olunacaq. Hakimiyyətin xarici ölkələrin idmançılarının xərclərini öz üzərinə götürərək, bunu Azərbaycanın xalqının hesabına həll etməsi böyük bir qəbahətdir: “Xarici idmançılara çəkilən xərc, əslində, xalqın rifahına sərf olunmalıdır. 13 min 500 şəhid ailəsi, Qarabağ qaziləri, müharibə iştirakçılarını unudan hakimiyyətin xarici idmançılara göstərdiyi səxavət anlaşılmazdır. Bu baxımdan, vətəndaşlar öz haqlı mövqelərini ifadə etmək cəsarətinə malik olmaqla, kütləvi tədbirlərə qatılmaldır. Əgər vətəndaşlar təşkil olunmuş dinc aksiyalarda kütləviliklə iştirak etməsələr, sonra təbii ki, gec olacaq və baş verənləri sadəcə, təəssüf hissilə qarşılayacaqlar”.
“Əhali hökumətə öz yerini göstərməsə, vəziyyət daha da pis olacaq”
Digər iqtisadçı ekspert Nemət Əliyev də hesab edir ki, Azərbaycan xalqı öz haqlı tələblərini irəli sürməsə, hökumətə öz yerini göstərməsə, bundan sonrakı dövrdə də əhalinin sosial durumu pisləşməkdə davam edəcək: “Hökumət son hadisələrlə bunu sübüt etdi ki, xalqın güzəranının yaxşılaşdırılması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirmək istəmir və ya bunu eləmək iqtidarında deyil. Hakimiyyətin əlində uzun müddət böyük imkanlar oldu ki, əhalinin sosial-iqtisadi təhlükəsizliyini təmin etsin. Ancaq son dövrdə neftin qiymətinin aşağı düşməsi hakimiyyətin yürütdüyü siyasəti çılpaqlığı ilə ortaya qoydu. Bəlli oldu ki, siyasi hakimiyyət təkcə öz korporativ maraqlarını təmin etməyə çalışıb. Az müddətdə ölkənin qeyri-neft sahələrində bütün iqtisadi göstəricilərin pisləşməsi vüsət aldı. Hökumət devalvasiya qərarı ilə bir daha sübut etdi ki, xalqın maraqları xalqın güzəranı onlar üçün əhəmiyyət kəsb etmir. Əgər bu günə kimi əhalinin sosial-iqtisadi vəziyyətinə əhəmiyyətli təminat yaradılmayıbsa, bundan sonra kimsəni nəyinsə yaxşıya doğru dəyişməsinə inandırmaq mümkün deyil. Əgər belə bir vəziyyətdəÿAzərbaycan xalqı öz haqlı tələblərini irəli sürməsə, hökumətə gərəkən yerini göstərməsə, bundan sonrakı dövrdə də əhalinin sosial güzəranı pisləşməkdə davam edəcək”.
Nemət Əliyev onu da qeyd edir ki, xalq səsini çıxarmasa, “gələcək nəsillər üçün toplanması” adı altında Neft Fonduna yığılan pulların da sonu çatacaq: “Mərkəzi Bank əlində olan ehtiyatların 5.5 milyardını artıq xərcləyib. Belə davam edərsə, yaxın müddətdə Mərkəzi Bankın bütün vəsaitləri xərclənəcək. Bu baxımdan, mən xalqı yaradılmış böyük fürsəti qaçırmamağa, mayın 3-də Milli Şuranın təşkil etdiyi mitinqə qatılmağa çağırıram”.
“Övladlarının sabahını düşünənlər bu vəziyyətlə barışmamalıdır”
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da bildirir ki, xalq baş verən soyğunçu siyasətə “Dur!” deməyi bacarsa, hökumət lazımi islahatlara getməyə məcbur olacaq: “Artıq ölkə ziyalıları, yeni nəsil nümayəndələri bilməlidir ki, ölkənin bu formada idarə edilməsinin perspektivi yoxdur. Uzun müddətdir idarəetməni əllərində saxlayan indiki hökumət məmurları ölkədə normal biznes mühiti yaradılması üçün çalışmadı, əksinə, hakimiyyətdə təmsil olunan oliqarx-məmurlar iqtisadiyyatın onurğa sütununu təşkil edən sahibkarlığın inkişafının qarşısında əngəl oldular. Eyni zamanda, kiçik və orta biznesi sıxışdıraraq sahibkarlara mənsub olan biznesi, torpaq ərazilərini, tikililəri əllərindən alıb, özəlləşdirməklə məşğul oldular. Ələ keçirdikləri və yaratdıqları müəssisələrdə, obyektlərdə qurduqları qeyri-səmərəli biznesi isə dövlət büdcəsi hesabına maliyyələşdirərək büdcə vəsaitlərini talan etdilər”.
Vahid Məhərrəmov onu da qeyd edir ki, Azərbaycana neft-qaz satışından indiyədək 100 milyard dollardan artıq maliyyə vəsaiti gəlsə də, həmin vəsaitlərə 5-10 nəfər oliqarx-məmurlar sahib çıxıb: “Bu qədər maliyyə axını müqabilində ölkəmizdə sənaye, kənd təsərrüfatı, turizm inkişaf etdirilmədi, gəlirli sahələrə çevrilmədi, işsizliyin aradan qaldırılması üçün yeni iş yerləri yaradılmadı. Insanların neft gəlirlərinə bəslədikləri ümidlər puça çıxdı. Son zamanlar neftin qiymətinin aşağı düşməsi nəticəsindəÿ yaranan büdcə kəsirlərini kompensasiya etmək üçün manatı devalvasiyaya uğradan hökumət xalqın maraqlarını nəzərə almadı. Mən ölkə ziyalılarını, həkimləri, müəllimləri, övladlarının sabahınıÿdüşünənÿvalideynləri, öz gələcəyini düşünən tələbələri, gəncləri 3 mayda Milli Şuranın təşkil etdiyi mitinqə qatılaraq yaranmış vəziyyətə öz etirazlarını bildirməyə çağırıram. Insanlar baş verənlərə səssiz qalmamalı, hökumətdən talana, yalana son qoyulmasını tələb etməlidir”.