Əməkdaşımız Natiq Güləhmədoğlu alman qəzetinə nələr dedi?
Almaniyada nəşr edilən, Berlinin ikinci ən böyük qəzeti “Berliner Zeitung” qəzetimizin əməkdaşı və AXCP mətbaut xidmətinin rəhbəri Natiq Ədilovdan ( Güləhmədoğlu) iri həcmli reportaj hazırlayıb.
«Gözəl xarici görkəm, eybəcər reallıqlar» başlıqlı məqalədə Natiq Ədilov Azərbaycanda Əliyev avtoritarizmin yaratdığı fəsadlardan danışıb: neft gəlirlərinin əhalinin yox, bir ailənin marqlarınıa xidmət etdiyini deyib.
Məqalədə Natiqin sözlərinə əsasən Azərbaycanda demokratiyanı təhdid edən məqamlar göstərilirb, jurnalistlərin təqib edildiyi, öldürüldüyü, azad sözün susdurulması üçün tənqidçi jurnalistlərin satın alınması göstərilib.
Azərbaycanda korrupsiyanın yüksək səviyyəsinə toxunan müsahib onun memarı kimi İlham Əliyevin adını çəkib.
Natiq Ədilovun AXCP mətbaut xidmətinə də rəhbərlik etdiyini vurğulayan qəzet “Bir yazara siyasi mənsubiyyəti mane olmur ki?” sualına da cavab axtarıb. Ədlov bildirib ki Azərbaycanda demokratik dəyişikliklər baş verəndən sonra ola bilsin, onun kimi siyasi yönümlü yazarlara ehtiyac qalmayacaq, indilikdə isə avtoritarizmə qarşı mübarizə aparan bir partiyada təmsil olmaq ona tənqidçi yazar kimi mane olmur.
İnformasiya şöbəsi