Dinləməni Helsinki Komissiyası təşkil edir; məruzəçilərdən biri Xədicə İsmayıldır
Noyabrın 19-da ABŞ Konqresində Azərbaycan və ATƏT üzvü olan başqa ölkələrlə bağlı korrupsiyaya dair dinləmə keçiriləcək. Dinləməni Konqresin Helsinki Komissiyası təşkil edir. Konqresin binasında keçiriləcək dinləmənin mövzusu ATƏT məkanında korrupsiya ilə necə mübarizə aparılmasıdır.
Dinləmədə məruzəçilərdən biri də Azərbaycanın tanınmış araşdırmaçı jurnalisti Xədicə İsmayıldır.
Dinləmə barədə Helsinki Komissiyasının saytında məlumat yerləşdirilib. Məlumatda deyilir ki, dinləmədə ATƏT-ə üzv ölkələrdə korrupsiya ilə mübarizə üçün effektiv institutların qurulmasının və vətəndaş cəmiyyətinin bu işdə rolunun vacibliyindən danışılacaq.
Xatırladaq ki, Helsinki Komissiyasının həmsədrləri senator Ben Kardin və konqresmen Kristofer Smitdir.
azadliq.info