PA rəhbərinin Avropa ölkələrinin birində müalicə olunduğu bildirilir
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb. “Azadlıq”a daxil olan məlumatda iddia edilir ki, Ramiz Mehdiyevin müalicə olunmaq üçün Avropa ölkələrindən birinə aparılıb. Bəzi məlumatlara görə, Prezident Administrasiyasının rəhbəri Almaniyada müalicə olunur.
Ramiz Mehdiyevin son bir həftə ərzində görünməməsi də onun ölkədə olmaması ilə şübhələri artırır. Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri sonuncu dəfə Milli Elmlər Akademiyasında keçirilən seçkilərdə görünüb.
Bundan əvvəl də Ramiz Mehdiyev səhhətilə bağlı Avropa ölkələrində müalicə alıb. Prezident Administrasiyasının rəhbəri 1938-ci ildə anadan olub. O, 1995-ci ildən Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışır.
Məlumatla bağlı Prezident Administrasiyası ilə əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi.