Sıradan bir qətlin ətrafında yaradılan şounun məqsədləri çox yaxında məlum olacaq. Oxşar kampaniya Azərbaycanda prezident seçkiləri ərəfəsində də aparıldı, milliyətçi rusların, azərbaycanlıların ticarət obyektlərinə vandalizmlə müşayiət olunan reydləri zamanı bunu açıq şəkildə gördük. Hüquq mühafizə orqanlarının gözü qabağında və çox vaxt onların yardımı ilə ticarət obyektləri talan edilir, ərzaq məhsulları isə qənimət kimi yoldan keçən vətəndaşlara paylanırdı.
Sonra nə oldu? Putin Bakıya səfər etdi və məlum oldu ki, bu, Ilham Əliyevi dəstəkləməyin orijinal bir üsuludur, səfər sonrası vəziyyət normallaşdı. Indi də Putinin getdiyi bir ay deyil, bütün Rusiya azərbaycanlıları yenidən küncə sıxışdırılıb, talelər qumara qoyulub…
Dəhşətli vəziyyət bundan ibarətdir ki, Orxan Zeynalov olayı da daxil olmaqla əvvəlki vandalizm aktlarından sonra da heç kim Azərbaycana qayıtmaq istəmir, əksinə, Rusiyaya gedən qatarlara əvvəlkitək bilet tapmaq müşkül məsələ olaraq qalır…
Orxan Zeynalov Moskvada tərəvəz bazasında adi “xalturşik” idi, rus ailəsinin yaşadığı mənzilin bir otağında kirayə qalırdı, 32 yaşı olsa da, hələ evlənməmişdi. Hazırda Rusiyada 3 milyondan çox azərbaycanlı var və onların 80%-i burada oxşar statusda yaşayır, min bir zülmlə Vətəndə qalan ailələrinə çörəkpulu göndərirlər…
…Çox maraqlı bir situasiya ilə qarşı-qarşıyayıq. Tarixdə heç bir xalq öz doğulduğu ölkəni bü cür asanlıqla tərk etməyib. Bu gün, 1918-ci ildə daşnak-bolşevik birləşmələrinin, istərsə də XX əsrin ən böyük diktatoru Stalinin etmək istədiklərinə müqavimət göstərən xalqa heç bənzəmirik.ÿ
Sosial ədalətsizlik, işsizlik, demokratik dəyərlərdən məhrum bir ölkə vətəndaşları üçün xilas yolu ya inqilabdır, ya da köçüb getmək…
Bu gün uzaq Sibir çöllərindən, Amerikanın Virciniya əyalətindəki tütün plantasiyalarınadək, bütün dünyaya səpələnən soydaşlarımızın Vətəndən küsüb getdiklərini söyləsək, yanılmarıq. ÿ
Ölkə rəsmiləri bunu gizlətməyə çalışsalar da, xarici mənbələr və… xaricə sərnişin daşıyan nəqliyyat qurumlarımızın hesabatı bizə əksini söyləyir. Hər gün orta hesabla, təxminən min nəfərə yaxın vətəndaş ölkəni tərk edir. Rusiyada əhalinin son iki siyahıya alınması zamanı açıqlanan rəqəmlər isə, dəhşətlidir – ölkədə 3 milyona yaxınÿazərbaycanlı yaşayır, bunun 2 milyondan çoxu son 20 ildə gedənlərdir. 2011-ci il üçün təkcə Rusiyada bu rəqəm 500 min olmuşdur.
Azərbaycanın əyalət rayonları bir-birinin ardınca boşalır, əmək qabiliyyətli əhali ölkəni tərk edir.
Azərbaycanda artıq bu demoqrafik fəlakətin fəsadları hiss edilməkdədir.
Yəqin ki, keçən il telekanallarda baş alıb gedən evlilik proqramları zamanı evlənmək istəyən qızların oğlanlara nisbətən nəzərəçarpacaq dərəcədə çox olduğunu gördünüz. Boşanmiş qadınların əksəriyyəti, keçmiş ərlərinin Rusiyada olduğunu bildirirdi. Ümumiyyətlə, ölkədə 30-45 yaşlarında 104 mindən bir qədər çox boşanmiş cütlük var. Son iki ildə, 20 minə yaxın boşanan cütlüyün qeydə alınması prosesin daha sürətlə getdiyini göstərir… Bütövlükdə 447 mindən çox dul vətəndaşımız var. 9 milyonluq ölkə üçün çox kritik rəqəmlərdir.
YAP-ın vəsiqə sayı ilə ölçülməli işsizlik…
4,2 milyon insanın işlə təmin olunduğunu iddia edən iqtidar ölkədən kənarda işləyən təxminən 3 milyona yaxın insanın varlığını sanki unudur. Beləliklə, iqtidara inansaq və xaricdə çalışan həmvətənlərimizi bura əlavə etsək, təxminən 7,2 milyon edir (!). Qalan işsiz və əmək qabiliyyəti olmayanları, uşaqları və qocaları bura əlavə etsək, belə çıxır ki, Azərbaycanda 14 milyon əhali yaşayır(!). 9 milyon hesab ediləcəyimiz halda isə, belə çıxır ki, Azərbaycanda qoca və uşaqların 70%-i də işləyir(!). Bizə sırımaq istədikləri ən böyük yalan isə… ölkədə 3 milyondan çox YAP üzvü olmayanların işləməsidir(!).
…Bu gün təkcə Bakıda tikintisi yarımçıq qalmış çoxlu sayda istehsalÿ müəssisəsi var. Bunlar xaricdə, əsasən də Rusiyada yaşayan soydaşlarımıza məxsusdur. Onlar rejimin şirin vədlərinə aldanaraq gəlib, sonradan “ziyanın yarısından” qayıdanlardır.
Rusiyada hazırda 10-a yaxın azərbaycan mənşəli milyarderimiz var. Onlara Azərbaycanda iş qurmaq imkanı verilsəydi, yəqin ki, Orxan Zeynalov kimilərinin Vətəni tərk etməsinə ehtiyac qalmazdı…
…Arsız iqtidar mollaları tərəfindən lənətlənən 1992-93-cü illərdə, orxan zeynalovlar Qarabağda vuruşurdu…
Rusiyda isə, ancaq rus vətəndaşlığı olan həmvətənlərimiz yaşayırdı, əksəriyyəti də ziyalı idi…