Dövlət Neft Şirkətinin prezidenti, kürd mənşəli Rövnəq Abdullayevin bir neçə gün əvvəl düşmən Ermənistana açiq şəkildə, özü də sərfəli qiymətə qaz təklif etməsinin şahidi olduq.
Bir həftə əvvəl isə həmin R.Abdullayev AFFA prezidenti sifətində (!) qardaş Türkiyənin iki ən titullu klubu olan “Qalatasaray” və “Fənərbaxça”nin Superkubok oyununun Bakida keçirmək istəklərini kobud surətdə rədd etdi. Hətta sayi on milyonlarla ölçülən klub tərəfdarlarini vəhşi adlandirmaqdan belə çəkinmədi.
Mən bu yazimda hakimiyyətdəki kürd qruplaşmalarindan, rejimin hakimiyyətdə qalmaq üçün Ermənistana qaz belə verməyə hazir olmasindan yox, yaltaqlardan yazacam. Bu yaltaqlari tarix üçün qeydə almaq lazimdir ki, gələcək nəsillər də rejimin sədəqəsinə görə bütöv milləti tapdalamağa hazir olanlari tanisin…
Bizi antimilli olmaqda günahlandiran bu yaltaqlarin çoxu təəssüflər olsun ki, Azərbaycan türküdür və övladlarini Rövnəq kimilərinin verdiyi sədəqə ilə dolandirir. Bu insanlarin yeganə missiyasi var – müxalifətə qarşi böhtan atmaq, onlari ləkələməyə cəhd etmək. Onlar millətin faciəsindən belə sədəqə ummaqdan çəkinmirlər… Hafiz Haciyev, Cümşüd Nuriyev, bir az gənc Elşən Musayev, siyahini uzatmaq olar, amma bu üçünün hər açiqlamasi cəmiyyətdə daha çox ikrah doğurduğundan onlardan bəhs edəcəyik. Qəribədir ki, göstərilən təpkiləri onlar uğur kimi qələmə verirlər, yəni siz də tənqid edirsiniz, amma görün mənim üzümə necə “tüpürürlər”… Hətta rejimin rəsmi yaltaqlari da vahiməyə düşərək, bu şəxslərin vəzifə almasina imkan vermir, onlari sədəqə və ümidlə bəsləyirlər…
Təsəvvür edin ki, bir müxalifət lideri qalxib, – “biz hakimiyyətə gələcəyimiz təqdirdə Ermənistana qaz verəcəyik” bəyanati verir…
Nələr baş verə bilərdi?.. Həmin müxalifət liderinə erməni ayamasi YAPişdirilacaqdi, prezidentin “qardaşi” Hafiz Haciyev (inanmayanlar onun SƏS TV-dəki müsahibəsinə baxsinlar – X.Ə.) partiyasinin gənclər qolundan bir neçə cavana “qulaq kəsmək” təlimati verib, 10 min manat mükafat vəd edəcəkdi.
YAP rəsmilərini bir kənara qoyaraq, ortaliqdaki sədəqə, vəzifə eşqi ilə yanan və buna müxalifətə çirkab atmaqla nail ola biləcəklərinə inanan yaltaqlarin hansi hoqqalardan çixacağini təsəvvür edə bilərsinizmi?..
Bu yaxinlarda mətbuatda AXCP sədri Əli Kərimlini debata(!) dəvət edən Elşən Musayevin “Ramiz Mehdiyevdən öyrənməli çox şey var”(!) məqaləsini oxudum… Məni kimsə qinamasin, etiraf edirəm, bu yazini oxuyanda onun yerinə xəcalət çəkdim və soydaşimi bu qədər yaltaqliğa sürükləyən rejimi lənətlədim. Cəmi bir neçə ay əvvəl bu insan öz müsahibəsində keçmiş təhsil naziri Misir Mərdanov haqqinda demək olar ki, eyni məzmunlu sözlər demişdi və açiq şəkildə onunla işləməkdən qürur duyacağini izhar eləmişdi. Müsahibə belə adlanirdi – “Misir Mərdanovla çalişmaq son arzumdur”. Bir sitat vermək çox maraqli olar, buyurun – “Ayrica, Misir Mərdanovla çalişmaq mənim arzularimin ən sonuncu sirasindadir… Bir ziyali kimi isə Misir müəllimə hörmətim böyükdür”.
…Iki ay sonra Misir müəllim nazir postundan gedir və adam başa düşür ki, bu, yazan zaman “çaşib” və təhsil nazirini vurmaq üçün illərini verən Ramiz Mehdiyevə “ayi xidməti” göstərib…
Qati müxalifət tənqidçisi, politoloq(!) Cümşüd Nuriyevə Ermənistana qaz təklif edilməsi haqda sual verin, o sizə müxalifətin qeybətini elə bir şəkildə qilacaq ki, adiniz belə yadinizdan çixacaq. Bu adam vəzifəyə Elşəndən bir addim yaxin olduğunu “dərk etsə” də, amma yeni yaranmiş Milli Şuradan o qədər də “arxayin” deyil. Bu qurum Azərbaycani xilas etmək gücündə olsa da, onun karyerasini əngəlləyə bilmə ehtimali onu narahat edir. Onun son “Şura millimi?” yazisindan qurumun sədri Rüstəm Ibrahimbəyov haqqinda bir cümləsini sizin nəzərinizə çatdirmaq istəyirəm: “Beşincisi, bu necə liderdi ki, (Rüstəm Ibrahimbəyov – X.Ə.) həbs olunmaqdan qorxduğuna görə Azərbaycana gəlmək istəmir”…
Ermənistana qaz verilməsinə susan, Oskar mükafatli yeganə azərbaycanlinin elə aeroportda cibinə narkotik atib həbs edilməsinə sevincini bəri başdan bəlli edənlər, razilaşin ki, hətta Azərbaycan üçün çox təhlükəli insanlardir.
Hətta bu adamlarin iqtidari müdafiə etməsi bizə sərf etsə belə…