Iyunun 7-də orta məktəblərdə buraxiliş imtahanlari keçirilib. Nəticələr isə dünən açiqlandi. Biabirçiliqdir. “2″ qiymət alanlarin sayi həddən artiq çoxdur. Dünən media TQDK-nin mətbuat xidmətinin rəhbəri Elnur Nağizadənin açiqlamasini yayib. APA-dan götürdüyüm həmin açiqlamadaki rəqəmləriÿkiçik bir cədvəl halina saldim. Diqqətlə baxin. Hər qiymətin köklüyünə, ariqliğina fikir verin. Əliyevlər Azərbaycaninin tam mənzərəsidir. Nefti, gömrüyü anladiq – oralarda pul sel kimi axir, bəs təhsili niyə belə bərbad etdi bu tamahkarlar?
9-cu siniflər üzrə nəticələr
11-ci siniflər üzrə
TQDK-ya da, Təhsil Nazirliyinə də, hakimiyyət mediasina da riyaziyyatdan “2″
Ən böyük biabirçiliq bilirsinizmi nədir? TQDK mətbuat xidmətinin yaydiği məlumat özü riyaziyyatdan “2″-yə layiqdir. Hakimiyyətyönlü media da bunun əsasinda iddia edir ki, IX sinif şagirdlərinin 87.45, XI sinif şagirdlərinin isə 60.71%-i ”2″ alib. Əvvəla utanmirlar, təriflədikləri bu oğru hakimiyyətin belə bir biabirçiliğini ürəklə söyləyirlər. Üstəlik, anlamirlar ki, səhv deyirlər.
Əgər şagirdlərin 46.59 faizi ana dilindən, 40.86 faizi riyaziyyatdan “2″ alibsa, o demək deyil ki, onlarin cəmi, yəni 46.59+40.86=87.45 faizi ”2″ alib. Eyni şagirdlər iki müxtəlif fəndən imtahan veriblər, ola bilər ki, elə digər qiymətlər də sübut edir bunu, onlarin bir qismi hər iki fəndən də “2″ alib. Nəzəri olaraq mümkündür ki, kəsişmə olmasin, amma digər rəqəmlər sübut edir ki, eyni zamanda hər iki fəndən 2 alanlar da var. TQDK kəsilənlərin sayini ayri rəqəmlə ifadə etməlidir. Ya da bu riyazi məsələ olaraq qalir.
Baxin, həmin hesabla, “3″ alanlarin sayi da 79.77 faiz edir. ”2″ alanlar 87.45 faizdirsə, təkcə “2″ və ”3″ alanlarin cəmi 100 faizi aşir. Başqa vaxt bizi şişirtmədə günahlandiranlar, deməli, ümumiyyətlə hesabsizdirlar. Maraqlidir ki, təkcə hakimiyyətin mediasi yox, məsələnin birbaşa aid olduğu Təhsil Nazirliyi də o boyda səhvi görə bilmir.
Ümumi nəticə onsuz da dəhşətlidir. Məsələn, belə bir nəticə ortaya çixir: bütün şagirdlərin ən azi 47 faizi 9-cu sinifdə “2″ alaraq təhsili uğursuzluqla başa vurur. Qalan şagirdlərin isə azi 30 faizi 11-ci sinifdə iki alir. Hesablama aparsaq, belə çixir, təxminən orta məktəbə gələn şagirdlərin 65 faizi sonda ”qeyri-kafi” ilə məktəbi başa vurur. Bu da sizə inkişaf.
Yoxsullarin 500 faiz azaldilmasi
Bu yerdə həmin 500 faiz məsələsi yada düşməyə bilməz. 2011-ci ildə təhsilimizə ataliq qayğisi göstərən Ilham Əliyev Bakida keçirilən Humanitar Forumda belə söyləmişdi: “Yoxsulluq şəraitində yaşayanlarin sayi son 7 ildə Azərbaycanda 5 dəfə, yəni 500 faiz aşaği düşüb”.
Yoxsullarin sayi 500 faiz necə aşaği düşə bilərdi? O, cəmi 100 faizdir. 5 dəfə azalma isə 500 faiz azalma deyil. Bu, 80 faiz azalmadir.