Zaman-zaman səslənən “Azərbaycanı kimlər idarə edir” sualı birmənalı qarşılanmasa da, atalar demiş “cidanı çuvalda gizlətmək” də mümkün olmur.
“Yeni Azərbaycan” qəzetinin şənbə sayında açıq şəkildə 9 milyonluq xalq, hindu və qaradərililərlə eyniləşdirildi. ABŞ dövlət katibinin müşaviri Tomas Melia və bir sıra Qərb dövlətlərinin səfirlərinin də qatıldığı “Demokratiya naminə incəsənət” kampaniyasının tanıtım mərasimini kəskin tənqid edərək, birbaşa ABŞ rəsmisinə “maraqlı” bir sual verir:
“Məgər Azərbaycan ABŞ-dakı hindu azlıqların və ya qaradərili insanların hüquqlarının pozulması ilə bağlı hər hansı aksiyaya və ya kampaniyaya dəstək verirmi? Təbii ki, xeyr”.
…Heç kimə sirr deyil ki, təxminən 300 il bundan əvvəl avropalıların Amerika qitəsinə köçü başlamış və onların yerli sakinlər olan hindularla və daha sonra isə, özləri ilə gətirdikləri qaradərili qulluqçularla müəyyən problemləri olmuşdur. Tarixdən o da məlumdur ki, Azərbaycan da ruslar və farsların “sayəsində” eyni aqibətlə üzləşmişdir, xalqımıza məxsus əraziləri bu iki imperiya 200 il əvvəl bölüşdürmüşdü.
Sual oluna bilər, bəs onda niyə Əliyev hakimiyyəti xalqımızın başına gətirilən bu faciə barədə susmağa üstünlük verir, amma çox-çox uzaqlarda yerləşən biri aborigen olmaqla, iki etnosun yaşadığı faciələrini zaman-zaman gündəmə gətirir. Maraqlı sualdır, deyilmi?
Bu gün Qərbin Azərbaycanda tək istədiyi şey demokratiyanın bərqərar olmasıdır, yəni xalqımızın seçib-seçilmək, azad şəkildə fikrini ifadə etmək hüququnu əldə etməsinə yardımçı olmaqdı. Məhz bu səbəbdən də onların rəsmiləri bu tədbirə qatılmışdılar…
“Yeni Azərbaycan” qəzetindən yuxarıda gətirdiyimiz sitat, açıq şəkildə Azərbaycanı kimlərin idarə etdiyini ortaya qoyur. Azərbaycan dövlətinin ən böyük etnosu olan türklərin son 20 ildə qarşılaşdığı acınacaqlı vəziyyəti nəzərə alsaq, Amerikaya verilən mesaj təxminən belə oxunmalıdır:
– Sizin 350 il əvvəl qırmızı və qara dərililərə etdiklərinizi biz də 9 milyonluq azəri türklərinə edirik, qarışmayın!!!
Azərbaycanın hazırda kürdəsilli və özlərini kürd kimi qələmə verən(!) məmurların məngənəsində boğulmasını danmaq, “cidanı çuvalda gizlətmək” kimi bir şeydir. Təkcə bu faktı qeyd etmək lazımdır ki, hazırkı Milli Məclisdə 26 nəfər kürdəsilli deputat var ki, bu da təxminən ölkəmizdə yaşayan hər 300 kürdə bir millət vəkili deməkdir(!). Təxminən o qədər də… icra başçısı (yenə hər 300 nəfərə…) var. ARDNŞ kimi bir nömrəli dövlət şirkətinin prezidenti Rövnəq Abdullayev başda olmaqla digər iri məmurları bura əlavə etsək, əsrarəngiz mənzərə ilə qarşı-qarşıya qalırıq… Əlbəttə, kürdlər də Azərbaycan vətəndaşıdır, vəzifə kreslosu onların da haqqıdır. Amma gəlin razılaşaq ki, futbol haqda anlayışı olmayan, Berti Foqts kəlməsini söyləməkdə belə çətinlik çəkən bir kürdə futbolumuzu etibar etmək, 350 il bundan qabaq bir avropalının hindu qəbiləsinə başçı seçilməsinə bənzəyir ki, onu da avropalılar heç vaxt özlərinə rəva görməmişdilər.
Türkiyədə məişət pozğunluğu və PKK-ya simpatiyası ilə tanınan Mahsun Qırmızıgülün çəkdiyi əttökən seriala sponsorluq edən ARDNŞ, Azərbaycan türklərinin minbir əziyyətlə tikdikləri evləri buldozerin ağzına verir. Kürd müğənninin baş rolda çəkildiyi serialının bir bölümü isə, 200 min dollara(!) başa gəlir…
Xalqı müflis edən monopoliyaların əksəriyyəti məhz kürd əsilli məmurların əlindədir. Bir misal; – onların ucbatından, təkcə uşaq qidası kimi istifadə olunan bananın bir kilosuna verdiyimiz pula, qonşu Gürcüstanda bu məhsuldan 3,5 kq almaq olur… Həyatımızı ağırlaşdıran yüzlərlə belə misal çəkmək olar…
Sonda şair Rüstəm Behrudinin bir müsahibəsindən sitat gətirmək istəyirəm, o deyir: “”Azərbaycan” qəzetində işləyəndə Şamil Əsgərov adlı Kəlbəcər kürdü (YAP Siyasi Şurasının üzvü, sabiq deputat Şahlar Əsgərovun qardaşı – X.Ə.) mənə gözəl bir şeir verdi ki, çap edim… Onun şeirinin bircə misrası yadımdadır: “Mən çəkicimi türklə bir zindana vuran kürdəm”… Günlərin bir günü bəlli oldu ki, onun oğlu Hejar PKK-nın MDB ölkələri üzrə koordinatoru imiş. Deməli, bu adam görüntü yaradırmış. O, öz ailəsində türkün qanına susayan PKK-çı yetişdirirmiş”.
Hələlik bu qədər…
P.S. Azərbaycan türkləri ilə eyni taleyi yaşayan kürd vətəndaşlarımızın bu yazını anlayışla qarşılayacağına ümid edirəm.