Belarusun demokratik qüvələrinin nümayəndələri ilə AB-nin genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Xananın görüşündə ölkədəki ictimai-siyasi situasiya əsas müzakirə mövzusu olub.
Görüşdə Belarus müxalifətinin liderləri iştirak edib. Görüş iştirakçılarının sözlərinə görə, AB komissarı Belarusda baş verənlərlə yanaşı cəmiyyəti gözləyən təhlükələrdən də xəbərdardır.
Müxalifət nümayəndələrinin bildirdiyinə görə, komissarla görüşdə Belarusun “putinləşdirilməsi” və “azərbaycanlaşdırılması” təhlükəsi müzakirə olunub.
azadlıq.info