Yanvar-mart aylarında ölkənin ixracı 38 faizə yaxın azalıb
2015-ci ilin birinci rübündə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 5 milyard 812 milyon 135.27 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsi xəbər verir ki, xarici ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 18.61% azalmışdır.
Yanvar-mart aylarında idxal əməliyyatlarının həcmi ÿkeçən ilin müvafiq dövrünə nisbətən 37.66% artaraq 2 milyard 428 milyon 448.66 min ABŞ dolları təşkil edib.
Yanvar-mart aylarında ixrac əməliyyatlarının həcmi isə keçən ilin müvafiq dövrünə nisbətən 37.07% azalaraq 3 milyard 383 milyon 686.61 min ABŞ dolları olmuşdur.
Əsas səbəb neftin ucuzlaşmasıdır
Ixracın həcminin aşağı düşməsinin əsas səbəbi neftin ucuzlaşmasııdır. 2015-ci ilin birinci rübündə Azərbaycan 2 milyard 629 milyon 790.83 dollarlıq neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,4% azdır. 2014-cü ilin ilk 3 ayı ərzində 4 milyard 562 milyon ÿ999.69 min dollarlıq xam neft ixrac olunmuşdur. Azərbaycandan təbii qaz, çay, şəkər, bitki yağları, içkilər, Qara metallar və onlardan hazırlanan məmulatlar üzrə də ixrac azalmışdır.
Birinci rübdə xarici ticarət əməliyyatları üzrə saldo 955 milyon 237.95 min manat olub. (Marca.az)
(min ABŞ dolları)
|
Yanvar
|
Fevral
|
Mart
|
Cəmi
|
İxrac
|
1 277 554.36
|
1 056 777.37
|
1 049 354.88
|
3 383 686.61
|
İdxal
|
574 221.01
|
1 132 791.36
|
721 436.29
|
2 428 448.66
|
Saldo
|
703 333.36
|
-76 013.99
|
327 918.58
|
955 237.95
|
Dövriyyə
|
1 851 775.37
|
2 189 568.73
|
1 770 791.17
|
5 812 135.27
|
İxracın aylıq artımı
|
–
|
-220 776.99
|
-7 422.50
|
–
|
İdxalın aylıq artımı
|
–
|
558 570.35
|
-411 355.07
|
–
|
Maraqlıdır ki, fevralın 21-də Mərkəzi Bankın manatın devalvasiya qərarı açıqlanan zaman bəyan olunurdu ki, bu addımın atılmasının bir səbəbi də Azərbaycanda ixrac meylli iqtisadiyyatın yaradılmasıdır. Amma qərarın verilməsindən ötən iki ay müddətində ölkənin ixracı getdikcə aşağı düşməkdə, idxaldan aslılıq isə artmaqdadır. Bundan başqa ixrac meyilli iqtisadiyyatın yaradılması istiqamətində addımların da atılmaması durumu bir qədər də qəlizləşdirir.
Onu da qeyd edək ki, yanvar-fevral ayı üçün də statistik rəqəmlər ürək açan deyildi. Dövlət Gömrük Komitəsinin bu ilin iki ayı üçün də elan etdiyi rəqəmlərə əsasən bu ilin yanvar-fevral aylarında yeyinti məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 35.82% artaraq 220,9 milyon dollar təşkil edib. Yeyinti məhsullarının idxalının yarısını və ya 109,015 milyon dollarını buğda idxalı təşkil edib.
Bu ilin yanvar fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı 2,45 dəfə artaraq 3,95 milyon dollar, meyvə-tərəvəz idxalı 2,18 dəfə artaraq 11,82 milyon dollar, buğda idxalı 2,11 dəfə artaraq 109,015 milyon dollar, kərə yağı idxalı 1,65 dəfə artaraq 4,88 milyon dollar, süd idxalı 8,9% artaraq 1,33 milyon dollar təşkil edib. Bitki və heyvan mənşəli yağların və şəkərin idxalı isə azalıb.
Daha bir statistik rəqəm Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi ilə bağlıdır. Məlum olub ki, bu ilin son iki ayı ərzində xarici ticarət əməliyyatlarının 4,04 milyard ABŞ dolları təşkil edib.
Ekspertlər hesab edir ki, Azərbaycanın ixracının kəskin şəkildə azalması təsadüfi deyil. Buna səbəb idxalda maraqlı qüvvələrin olmasıdır. Idxalı nəzarətdə saxlayan dövlət məmurları Azərbaycanda kənd təsərrüfatının, qida sənayesinin inkişaf etməsində maraqlı deyillər. Bu məmurlar ölkəyə daha çox mal, məhsulun gətirilməsində maraqlıdır. Onlar gətirilən məhsulun satışından gəlir əldə edirlər.
Ixracın müqabilində ölkəyə idxalın qat-qat artıq olması ölkənin milli təhlükəsizliyinə də təhdiddir.
Hikmət