“Neftin bir barreli hətta 40 dollar olacağı halda da OPEK hasilatı azaltmaq qərarı verməyəcək”
Birləşmiş Ərəb Əmirliklərinin neft sənayəsi naziri Suheyl Əl-Məzruyi bəyan edib ki, neftin bir barreli hətta 40 dollar olacağı halda da OPEK hasilatı azaltmaq qərarı verməyəcək.
Əl-Məzruyi bunu Dubayda keçirilən konfransda Venesuelanın OPEK-in növbədənkenar iclasını çağırmaq təklifinə münasibət bildirərkən deyib. O, bildirib ki, OPEK hasilatı azaltmaq üçün növbədənkənar yığıncaq keçirməyəcək. Hətta neftin qiyməti bir barrel üçün 40 dollara ensə belə , OPEK yalnız 3 aydan sonra bu məsələni müzakirə edə bilər. Nazir ölkəsinin bundan sonra da bu mövqedə qalacağını qeyd edib.
Emil