Abdulla Bədri hasilatı artırmağa çağırır
Neft ixracatçıları kartelinin (OPEK) baş katibi Abdulla Bədri sensassion bəyənatla çıxış edib. Baş katib hesab edir ki, fars körfəzi ölkələri neft kəşfiyyatı və hasilatını artırmaq üçün investisiyaları davam etdirməlidir.
Neftin qiymətinin 2009-cu ildəki səviyyəyə düşdüyü bir vaxtda belə bəyənatın verilməsi ciddi maraq doğurur. Məsələ burasındadır ki, neft hasilatının artırılması neftin qiymətinin daha da düşməsinə səbəb olar.
Bədri fikrini onunla əsaslandırıb ki, gələcəkdə neftin qiymətinin kəskin arta biləcəyi şəraitdə bazarda qıtlığın qarşısını almaq lazım gələcək.
Noyabr ayının sonlarında OPEK ölkələri neftin hasilat miqdarını dəyişməz saxlamaq qərarı verdi və bu, qiymətlərin enməsilə müşaiyət olundu. O vaxtdan bəri bu, OPEK rəhbərinin ilk rəsmi bəyanatıdır.
azadliq.info