Türkiyənin “Kudüs TV” kanalında yayımlanan “Bizim Kafkasya” proqramı oktyabrın 16-da növbəti verilişini yayımlayıb. Veriliş yenə də Azərbaycanda insan haqlarının boğulması və vətəndaş cəmiyyətinə qarşı basqılara həsr olunub. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Gültəkin Hacıbəyli və Eldəniz Quliyev telefon bağlantısı ilə verilişin qonağı olublar. Veriliçin əvvəllində isə Milli Şuranın 12 oktyabr mitinqi barədə məlumat verilib və aksiyadan video-fraqmentlər təqdim olunub. Veriliçin aparıcısı Türkiyənin tanınmış yazarlarından olan Cahit Kılıçdır.