AXCP fəalı, partiyanın mətbuat xidmətinin rəhbəri və jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilov saxlanılarkən və daha sonra fiziki, mənəvi işgəncəyə məruz qalıb. Bununla bağlı Murad Ədliovun vəkili Yalçın İmanov məhkəməyə şikayət edib.
Yalçın İmanov “Azadlıq”a bildirib ki, Muradın bədənində hələ də işgəncə izləri qalır. Onun bel və sol bud nahiyəsində küt alətlə zərbənin izləri var. Nərimanov məhkəməsinə ötən gün göndərilən şikayətdə Muradla bağlı ekspertizanın keçirilməsi və “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Konvensiyanın 3-cü maddəsinin pozulmasının (İşgəncələrin qadağan olunması) təsdiq edilməsi xahiş olunur.
Bu arada Murad Ədilovun müdaifəsinə daha bir vəkil, Yavər Hüseyn də qoşulub. Vəkil Yalçın İmanovu isə, orderi olmasına baxmayaraq, hələ də müdafiə etdiyi şəxslə görüşə buraxmırlar.
Murad Ədilov Kürdəxanıya keçən həftənin sonlarında köçürülüb. Onun sovqatını qəbul eləsələr də, “karantin”də, yoxsa kamerada saxlanıldığı barədə qardaşı Natiq Ədilova məlumat verməkdən imtina ediblər.
Sabirabad polisində vətəndaşlara işgəncə verilməsi barədə şübhələri avqustun 19-da ictimailəşən daha bir xəbər gücləndirir. Həmin gün Polis Şöbəsinin Müvəqqəti Saxlanma Yerində saxlanılan, 1953-cü il təvəllüdlü Məhərrəm Abbasov rəsmi izaha görə, “kəskin ürək ağrıları”ndan vəfat edib. Rayonda gəzən xəbərlərdə isə mərhumun işgənclərə tab gətirmədiyi deyilir.
Azad