“İnanıram ki, “Azadlıq” sevərlər bu qəzeti darda qoymazlar”
Milli Şuranın üzvü, tanınmış hüquqşünas, ehtiyatda olan ədliyyə generalı Vidadi Mirkamal Moderator.az-a açıqlamasında “Azadlıq “ qəzetinin Azərbaycan Nəşriyyatına olan borcuna görə çapını dayandırmağa məcbur olmasına münasibət bildirib və çıxış yollarını göstərib:
““Azadlıq” qəzetinin baglanması məsələsi yeni deyil.Bu qəzetin həqiqi müxalifətçilik mövqeyində olması, çətinliklərə fədakarlıqla sinə gərməsi iqtidar mənsublarını həmişə qıcıqlandırıb və zaman-zaman hakimiyyət bu qəzetin üstünə gəlib.Qəzetin satışının məhdudlaşdırılması, qəzet əməkdaşlarının təzyiqə məruz qalması və “Qasid” firmasının onlara olan külli miqdarda borcunun ödənilməməsi qəzetin qapadılması üçün hakimiyyətin yaratdıgı maneələrdir.Bu şəratdə düşünürəm ki, “Azadlıq” qəzetə yenə də əvvəllərdə oldugu kimi abunəçilərə, “Azadlıq” sevərlərə, həqiqi müxalifətçilik yolunda olan şəxslərə müraciət etməlidir. Güman edirəm ki,sadaladığım bu insanlar “Azadlıq” qəzetinin kollektivini darda qoymazlar.”