“AXCP sədri 2013-cü il seçkilərinin favoriti olduğu üçün Bakı despotu onun önünü indidən kəsmək istəyir ”
Milli-azadlıq hərakatının lideri, məhrum prezident Əbülfəz Elçibəyin ölümüylə bağlı cinayət işinin qaldırılması Türkiyə mediasının da gündəmini zətb edib. Türkiyənin tanınmış köşə yazarı Cahit Kılıçın “haberx.com” saytında yayımlanan məqaləsində Elçibəyin ölüm səbəbiylə bağlı açılmış cinayət işinə toxunub. Cahit Kılıç yazıb ki, hakimiyyətin cinayət işini qaldırmaqda əsas hədəfi AXCP sədri Əli Kərmlidir. Köşə yazarı əlavə edib ki, Azərbaycan hakimiyyəti Əli Kərimlinin 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını əngəlləmək istəyir.
Cahit Kılıç köşə yazısında Türkiyənin gündəmindəki məsələlərə toxunduqdan sonra “Bakıdakı despotlar” hissəsində Əbülfəz Elçibəyin ölümüylə bağlı qaldırılmış cinayət işindən yazıb:“Azərbaycan Xalq Cəbhəsi Partiyasının ulduzu parlayan lideri Əli Kərimli yeni böhtan kampaniyası ilə üz-üzədir. Məqsəd onun önünü kəsməkdir. Satılmış bir varlığın iddiasına görə, guya Əli Kərimli, mərhum Elçibəyi zəhərləyərək öldürüb”.
Müəllif yazır ki, AXCP sədri 2013-ci ildə keçiriləcək prezident seçkilərinin favoriti olduğu üçün hakimiyyətin hədəfinə gəlib:“Əli Kərimli 2013-cü il prezident seçkilərinin favoriti kimi görünür. Bakı despotu (Azərbaycan rəhbəri İlham Əliyev nəzərdə tutulur-red.) bir alçağı satın alaraq Əli Kərimlinin yolunu indidən kəsmək istəyir. AXCP-nin bu hücumu necə dəf edəcəyini izləməli olacağıq. Gözlərim lənətlənmiş tayfanın üzərindədir və əllərim yaxalarında olacaq!”