AB nümayəndəsi PA rəsmisinin cavabını verdi
“Dünyada söz azadlığı mövcuddur. Ona görə də Əli Həsənov nə istəyir desin. Ancaq əlbəttə ki, biz onun dediklərinin hamısını qeydə almışıq”. Bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun ötən gün Avropa Parlamentinin və Avropa ölkələrinin ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib.
O, “Turan” agentliyinə Ə.Həsənovun çıxışını şərh edərək deyib ki, Avropa Birliyi sakitdir, çünki hazırda Azərbaycanla malik olduğu çox yaxşı əməkdaşlığı saxlamaq istəyir.
Bakının Avropa Parlamentinin qətnaməsindən narazılığına gəlincə, Kobia qeyd edib ki, bu, həqiqətən müstəqil parlamentin qətnaməsidir və heç kim onlara “bunu qəbul etməməliydiniz” demək iqtidarında deyil.