Ekspertlər MTN-in məlumatına fərqli münasibət bildirirlər
MTN ötən gün “Eurovision” mahnı yarışması ərəfəsində Bakıda və ölkənin bəzi regionlarında keçirdiyi əməliyyatlar barədə sensasion rəsmi məlumat açıqlayıb. Nazirliyin yaydığı məlumatda Zaqatalanın Aşağı Tala kənd sakini olmuş Vüqar Padarovun rəhbərlik etdiyi silahlı birləşməyə qarşı həyata keçirilmiş əməliyyatın detalları yer alır.
Bildirilir ki, xüsusi təlim keçmiş silahlı birləşmənin məqsədi Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq hərəkətləri törətmək, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq və beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirmək olub. Məlumata görə, dəstə əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin, başqa dini ibadət yerlərinin partladılması və digər təhlükəli aksiyaların törədilməsini nəzərdə tutub. Eyni zamanda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməklə əməkdaşları öldürmək və inzibati binalarda olan silah-sursatı ələ keçirmək planlaşdırılıb. Dəstənin daha bir planı bu ilin aprel ayının əvvəlində prezidentin ölkənin şimal-qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirmək imiş.
Məlumatda terror aksiyaları ilə bağlı təlimatların beynəlxalq terror şəbəkəsi tərəfindən verildiyi deyilsə də konkret hansı şəbəkədən söhbət getdiyi göstərilmir. Lakin belə ehtimal olunur ki, söhbət “Əl-Qaidə” beynəlxalq terror şəbəkəsindən gedir.
Sülhəddin Əkbər: “Əfqanıstanla yük daşımasının artırılması “Əl-Qaidən”in Azərbaycana qarşı qəzəbini izah edə bilər”
Bəs bu informasiya nə dərəcədə inandırıcıdır və Azərbaycanla “Əl-Qaidə” təşkilatı arasında hansı problemlərdən söhbət gedə bilər?
Avro Atlantik Şuranın sədri Sülhəddin Əkbərin sözlərinə görə, rəsmi strukturların baş verən olay barədə dolğun informasiya verməməsi ictimaiyyətdə xeyli suallar yaradıb. Bu üzdən məlumatın nə dərəcədə inandırıcı oluduğunu deməyə çətinlik çəkən S.Əkbər vurğuladı ki, bunun üçün ciddi əsaslar olmalıdır: “Amma Azərbaycanın hadisələrin arxasında durduğu ehtimal olunan “Əl-Qaidə” terror təşkilatı ilə kifayət qədər problemləri var. Azərbaycanın dövlət başçısı İlham Əliyev son kəs Brüsseldə olarkən üzərinə bir sıra öhdəliklər götürüb. Bu öhdəliklərin bir qismi Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsinə dair, bir qismi isə Əfqanıstanla yük daşımasının artırılması barədədir. Ona görə bu terror təşkilatı bu üzdən Azərbaycana qəzəbli ola bilər”.
Zərdüşt Əlizadə: “Dəfələrlə MTN-dən reallıqdan uzaq informasiyalar yaymasının şahidi olduğumuzdan bu məlumatın etibarlığı şübhə doğurur”
Politoloq Zərdüşt Əlizadənin də fikrincə, MTN-in yaydığı informasiya xeyli qaranlıq məqamları özündə gizlədiyindən hər hansı mülahizə yürütmək çətindir: “Digər tərəfdən, bu məlumatı yayan mənbənin etibarlığı ciddi şübhə doğurur. Biz dəfələrlə MTN-dən reallığı əks etdirməyən informasiyaların yayılmasının şahidi olmuşuq. Bu üzdən budəfəki informasiyanın da ciddi dəqiqləşdirilməsinə ehtiyac var”.
Azərbaycanın “Əl-Qaidaə”nin hədəfində ola biləcəyini istisna etməyən Z.Əlizadə bildirdi ki, bu, Qərbin yürütdüyü ədalətsiz siyasətin nəticəsi sayıla bilər. Amma hazırda bu təşkilat uydurma, mücərrəd bir qruma çevrilib.
Hikmət