Hakimiyyətin bütün cəhdləri uğursuz oldu
Parlament seçkiləri haqqında çox yazmışıq və mənzərəni müxtəlif rakurslardan göstərmişik. Artıq seçki şousuna 10 gün vaxt qalır. Ötən yazımızda da qeyd etmişdik ki, 1246 namizəddən 475 nəfəri seçkidən imtina edib. Kütləvi seçki imtinasının səbəblərini də göstərmişdik.
Amma bütün neqaitvləri göstərsək də, hakimiyyət imtiasiya etməkdən də imtina edib. Guya, ədalətli seçki təbliğatı üçün hakim partiya ödənişsiz efir vaxtından imtina etmişdi. Biz dərhal münasibət bildirmişdik ki, hakim partiyanı bu addımı heç də azad rəqabətdən doğmur. Indi isə məlum olur ki, ümumiyyətlə, ödənişsiz efir vaxtı ləğv olunub. Ödənişli efir vaxtının qiymətləri isə kifayət qədər yüksəkdir. Ümumi mənzərəni gözdən keçirəndə yalnız 70-80 namizədin təbliğat-təviqat imkanının olduğunu görürük. Mətbuatda əsasən YAP-ın və YAP-a yaxınolan namizədlərin təbliğatı aparılır. Küçələrdə əsasən adı siyahıya salınmış şəxslərin plakatları üstünlük təşkil edir. Istənilən ərazidən keçəndə, kimə “stavka” olunduğu, kimin sifarişinin verildiyi aydın görünür. Eyni dairənin ərazisində bir namizədin 3-4 plakatı, o biri namizədin isə 100-lərlə plakatını görürsən. Daha dəqiq araşdırma aparanda isə məlum olur ki, bu prosesə icra hakimiyyətlərinin, sahə müvəkkillərinin və digər səlahiyyət sahiblərinin “töhfə”si var. Yəni yuxarıdan gələn sifariş əsasında rejim namizədlərinin təbliğatı aparılır. Deməli, YAP-ın “rəqabətli seçki” təəssübkeşliyi, sabun köpüyündən başqa bir şey deyilmiş.
Bir sözlə, bu seçkilərdə təbliğat-təşviqat imkanları tamamən sıfra endirildi, namizədlərə elə “üz” göstərildi ki, kütləvi geriçəkilmələr baş verdi və siyahının mötəbərliyi təsdiqini tapdı. Açıq şəkildə etiraf olundu ki, ancaq külli miqdarda pulu və rejimin siyahısındao olanlar təbliğat apara bilərlər.
Beləliklə, ümumi mənzərə onu göstərir ki, uzun illər “koma” vəziyyətində olan seçki “rəhmətə gedib”. Noyabrın 1-də mərhumu torpağa tapşıracaqlar.
Samir