ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bzejinski hesab edir ki, Rusiya hərbçiləri ABŞ-ı təxribata çəksələr, onları tərksilah etmək olar.
Financial Times qəzetində yazdığı məqalədə Bzejinski qeyd edib ki, Rusiya Suriyada ABŞ-ın resurslarına hücumları dayandırmasa, Vaşinqton cavab tədbirləri ilə hədələməlidir.
Bzejinskinin sözlərinə görə, əgər ortaya ABŞ-ın Yaxın Şərqdəki inamı, həmçinin regionun taleyi qoyulubsa, artıq “strateji cəsarət” nümayiş etdirmək lazımdır.
Fizzə