«Azərenerji»də maaş böhranı ilə bağlı yeni təfərrüatlar
“Azərenerji”də maaş böhranı ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda deyilir ki, qurumun rəhbərliyi işçilərlə söhbətdə maaş böhranına görə “Azərişıq”ı ittiham edib. Iddia edilib ki, “Azərişıq” “Azərenerji”dən aldığı enerjinin pulunu vermədiyinə görə maaş böhranı yaranıb.
Lakin işçilər araşdırma zamanı öyrəniblər ki, “Azərişıq” pulu ödəyib. Azərişıqdan onlara bildirilir ki, həmin pul “Azərenerji”nin kreditlərinin qaytarılmasına sərf edilib.
Qeyd edək ki, “Azərenerji”nin işçiləri artıq 2 aydır ki, əmək haqqı almır.