Uzun müddətdir ki, “Azadlıq”a olan 70 min manatlıq borcunu ödəməkdən imtina edən və bununla da qəzeti ağır maliyyə vəziyyətinə salan “Qasid” firmasının rəhbəri, deputat Mirkazım Kazımovun fotosunu dərc edirik. Buna baxmayaraq, firma hələ də qəzetə olan borcunun heç bir hissəsini də ödəməyib.
“Azadlıq” qəzetinin bugünkü ağır maliyyə vəziyyətinə düşməsinə səbəb olan daha bir şəxs var. Bu da Mirkazım Kazımovun müavini, hamının “Qasid”in işini faktiki idarə edən şəxs kimi tanıdığı Ağəli Ismayılovdur. Qəzet rəhbərliyilə görüşlər zamanı Ağəli müəllim dəfələrlə “Azadlıq”a olan borcun ödəniləcəyini bildirib. Buna baxmayaraq, verdiyi vədi yerinə yetirmək üçün heç bir addım atmayıb.
Ağəli müəllimə “Azadlıq” vasitəsilə bir daha müraciət edərək bildiririk ki, başqalarının min bir əzab-əziyyət hesabına qazandığı pulu mənimsəmək qanunsuzluq olmaqla yanaşı, həm də böyük günahdır…
“Azadlıq”