Azərbaycan hakimiyyətinin Rusiya ilə milli maraqlarımıza zidd danışıqlar apardığına dair beynəlxalq mətbuatda ciddi məlumatlar yer almaqdadır. Bir müddət öncə Almaniyanın “Deutsche Welle” nəşrində politoloq, Mərkəzi və Şərqi Avropa üzrə ekspert İvan Preobrajenskinin “Rusiya Suriyaya Qarabağdan yol axtarır” adlı analitik məqaləsi dərc olunmuşdu. Məqalədə bildirilib ki, Azərbaycanda Suriyaya hərbi resursların daşınması üçün Rusiyanın hərbi bazasının yaradılması varinatı mümkündür.
Ukraynanın siyasi analitiki Sergey Qrasimçuk bu mövzuda şərh verib.
Ukraynalı politoloq Ermənistanın 1in.am portalına müsahibəsində bildirib ki, Kremlin öz qaydaları ilə Dağlıq Qarabağ münaqişəsini nizama salması cəhdi ola bilər.
“Kremlin məkirli planları”
“Moskva öz qoşunlarını Suriyaya göndərmək üçün Azərbaycan ərazilərində hərbi baza açmaq hüququnu alacaq. Eyni zamanda bununla həm də Dağlıq Qarabağ ətrafında vəziyyəti ”sabitləşdirmək” istəyəcək. Bu plan dünya mətbuatına sızdırılıb. Moskva isə reaksiya gözləyir”, – deyə o, bildirib.
Analitik daha sonra vurğulayıb ki, bəzi ekspertlərin Rusiyanın Azərbaycanda hərbi baza yaratması ehtimallarının Suriya konfliktinin həllində heç bir əhəmiyyət kəsb etmədiyini deməsi ilk baxışda real görünür:
“Suriya münaqişəsi üzrə mütəxəssislər deyirlər: ”Azərbaycanda bazaların olması Suriya probleminin həllində taktik və strateji rol oynamır”.
Postsovet məkanı üzrə ekspertlər isə deyirlər: “Rusiya Qafqazda hərbi iştirakını artırmaq niyyətindədir”. Ilk baxışda bu belədir. Amma Kremldə güman edirlər ki, bu plan münaqişəni alovlandıraraq Azərbaycan və Ermənistanı qarşıdurmaya təhrik edəcək. Bu zaman Qafqazda genişmiqyaslı müharibənin yanğını qızışacaq. Bu barədə planı yada salmaq lazımdır: Rusiya sülhməramlıları “xoş gəlmisiniz” deyəcək”.
Qeyd edək ki, Rusiya Federasiya Şurası Suriyada “Islam dövləti” terror təşkilatına qarşı hərbi hava əməliyyatları aparmaq barədə prezident Vladimir Putinin istəyinə razılıq verib. (Modern.az)
“Elmar Məmmədyarovun Rusiyaya jesti”
Buarada daha bir maraqlı bəyanat Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovdan gəlib. O, vurğulayıb ki, Azərbaycan Avrasiya Iqtisadi Ittifaqına daxil olmağı istisna etmir. XIN rəhbəri bu açıqlamanı “Sputnik” agentliyinə Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində bildirib.
“Heç zaman heç zaman demə”, – Azərbaycan XIN rəhbəri müvafiq suala cavab verərkən deyib və hal-hazırda onun ölkəsinin Avrasiya bloku ölkələri ilə çoxsaylı ikitərəfli münasibətlərin qurulmasına diqqət yönəltdiyini dəqiqləşdirib.
Qazaxıstan prezidenti daha öncə Azərbaycan, Iran, Hindistan və Monqolustanın Avrasiya Iqtisadi Ittifaqı ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirdiklərini, Türkiyənin isə ittifaq ilə ticarət əlaqələri qurmaq arzusunu ifadə etdiyini bildirmişdi. Avrasiya Iqtisadi Ittifaqı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanı birləşdirir. (oxu.az)
Bəs, Suriyaya hava zərbələrinin endirilməsi zamanı Azərbaycan ərazisindən istifadə olunması ölkəmizə nə vəd edir? Bu regiondakı duruma necə təsir edə bilər?
Digər tərəfdən E.Məmmədyarovun Azərbaycan hakimiyyətinin Avrasiya və Gömrük Ittifaqları ilə bağlı planlarını bir daha dilə gətirməsi suverenlik üçün hansı təhdidlər yaradır?
Hikmət Hacızadə: “Azərbaycan Putinin Suriya planlarında yer alacaqsa, bu ölkəmizin beynəlxalq imicinə ciddi zərbə vuracaq”
Politoloq Hikmət Hacızadə hesab edir ki, əgər Azərbaycan Putinin Suriya ilə planlarının gerçəkləşməsində yer alacaqsa, bu ölkəmizin beynəlxalq imicinə ciddi zərbə vuracaq. Azərbaycan rəhbərliyi Rusiyanın bu tip istəklərinə razılıq verməməlidir: “Putin Suriyaya Əsəd rejiminə dəstək vermək üçün müdaxilə edir. Bu isə beynəlxalq aləmdə birmənalı qarşılanmır və Rusiyaya qarşı təzyiqləri daha da artıracaq. Azərbaycanın bu cəbhədə yer alması, Suriya müxalifətçilərinə hava zərbələrinin endirilməsinə yardımçı olması ölkəmizə yaxşı heç nə vəd etmir”.
E.Məmmədyarovun açıqlamasına gəlincə isə, H.Hacızadə hesab edir ki, hakimiyyət bu mövqeyi bir neçə dəfə dilə gətirib. “Hakimiyyət vaxtaşırı bəyan edir ki, Qarabağ probleminin həlli müqabilində onlar Rusiyanın müəyyən istəklərini yerinə yetirməyə hazırdılar. Amma Rusiyanın təşəbbüsü ilə yaradılan ittifaqlara qoşulmaq Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün çıxış yolu deyil. Çünki Rusiya Azərbaycandan yeni istəklərdə buluna bilər. Bu isə Azərbaycanın müstəqilliyini itirməsi, suverenliyinə ciddi qəsddir”.
Hikmət