Devid Kamerona təxmini rəqəmi açıqladılar
Avropaya miqrant axını başlayandan bu yana Qərb dövlətlərini narahat edən əsas məqamlardan biri də sərhədləri qaçqın adı altında xeyli sayda terrorçunun da keçmə ehtimalıdır. Bu günə qədər ehtimal kimi səsləndirilən bu məsələ artıq konkret rəqəmlərlə ifadə olunmağa başlanıb.
Livanın təhsil naziri Elias Bou Saab bu ölkədə səfərdə olan Britaniya baş naziri Devid Kamerona bununla bağlı xəbərdarlıq edib. Nazir bildirib ki, Avropa Birliyi ölkələrinə üz tutan suriyalı miqrantların arasında İŞİD-çilər də var. Saab dəqiq rəqəm göstərməsə də, qeyd edib ki, hər yüz qaçqından ikisi fəal İŞİD üzvüdür.
«The Daily Mail»in yazdığına görə, livanlı nazir İŞİD-çilərin özlərinə tərəfdar toplamaq üçün qaçqın düşərgələrində və məktəblərdə təbliğat apardığını bildirib. Onların təkjə böyükləri yox, azyaşlı uşaqları da bu təbliğata jəlb etdikləri iddia olunur.
«Qaçqın düşərgələrində insanlar ümidsiz, işsiz və təhsilsizdilər. Olduqja yoxsul olan bu adamları yoldan çıxarmaq çox asandır. Uşaqlar illərlə məktəbə getməyiblər. Orada itirilmiş bir nəsil yetişir» – deyə, nazir bildirib.
Elias Bou Saabın sözlərinə görə, təbliğatçılar İŞİD bazalarında xüsusi təlim keçmiş adamlardır. Məqsədlərdən biri də qaçqın adı altında Avropa ölkələrinə sığınıb orada terror həyata keçirməkdir.
Qeyd edək ki, Şimali Afrika və Yaxın Şərqdəki gərginliklə bağlı bu ölkələrdən Avropaya miqrant axını başlayıb. Son məlumatlara görə, bu ilin əvvəlindən Avropaya gələn miqrantların sayı 500 mindən artıqdır.
Qaçqınların əsas axın etdiyi Majarıstan gələnlərin hamısının qeydiyyatını aparır və barmaq izlərini götürür. Qaçqınların böyük bir hissəsi də İordaniya və Livana sığınıb. Onların sayının 2 milyonu ötdüyü bildirilir.
Gültəkin