İnsan həyatının faciəsinə alışmışam. İxtisanıma görədi, emosiyalarımı büruzə vermirəm. Amma bu gün 3 nömrəli Sabunçu xəstəxanaaında gödüklərimin təsirindən çıxa bilmirəm. İlahi, bəlkə cəhənəmi bu dünyaya gətirmisən? Qəbul şöbəsində olanda bir qadın fəryad edib içəri girdi, amma o, tibb işçilərinin funksiyasını yerinə yetirirdi. “Atam ölür, kömək edin, bu xarabanın bir həkimi yoxdurmu?” – 60-65 yaşlı ölüm ayağında olan qocanın qızı can üstündə olan atasını hara aparacağını bilmirdi.
Onu sarğı otağına apardılar. Sual edə bilərsiniz ki, ölüm ayağında olan birisinin sarğı otağında nə işi var? Amma bu, ölüm ocağında təəccüblü sayılmır. Qəbul şöbəsində təcili tibbi yardımın xanım əməkdaşı umub-küsürdü: “Ölürdü də, hələ bu da yaxşılığımız, gətirmişik də”. Az sonra qoca öldü. Övladı qəbul şöbəsinə gələrək həkimləri lənətləyirdi. Sarğı otağında meyitin üzərinə sərməyə mələfə tapmırdılar. Qapısı açıq qalan otaqda evinə tələsən 45-50 yaşlarında saçı ağarmış, qaşları üzünün qırışında itən tibb bacısı əynini dəyişirdi. Qapı içəri açıldığından meyiti görə bilirdim, tib bacısını yox, o da məni. Əzrayılın libasını dəyişdikdən sonra mən tərəfə boylandı. “Axı o meyitdir, üzərinə “prostina” sərin heç olmasa” dedikdən sonra əsəbi şəkildə “hardan tapım? Bizim şöbədə yoxdur. Dövlət də vermir bunu bizə, vur-tut o boyda şöbədə üçü var, onlar da “zanit”dir.
Özü də bu ölü bizim şöbəlik deyil”, deyib gözünü ağartdı. Həkim də gəlib çıxdı – maraq üçün baxırdı, meyitin qollarını qaldırıb onu müşahidə edirdi. Etdi və getdi… Sonra xərəkdə olanı təhvil almağa gələn təcili tibbi yardımın əməkdaşı meyitin ətrafında dövrə vurub istədiyini tapmadıqda xəstəxananı xarabaxananı adlandırdı. İş o yerə qaldı ki, dilənməyi vəzifə hesab edən meyitə yaxınlaşıb ağız açsın. Sonra qapı bağlandı – hər ocağın, taleyin, etirazın qapısı bağlandığı kimi… Sistemin xalqala olan ən səmimi təmasıdır bu cəhənnəm.
Yazını jurnalist İlqar Vəliyevin facebook səhifəsində paylaşıb.